İskəndər Rzazadə (18 noyabr 1897 – 5 oktyabr 1937) — Cümhuriyyət tələbəsi, mühəndis-elektrik.

Həyatı İskəndər Mirzə Cabbar xan oğlu 18 noyabr 1897-ci ildə Tehran şəhərində anadan olmuşdu.

1915-ci ildə Bakı real məktəbini qızıl medalla başa vurmuşdu. Sankt-Peterburq Politexnik institutuunun elektromexanika fakültəsinə qəbul olmuşdu.

1917-ci ildə vətəndaş müharibəsi olduğundan İskəndər 3-cü kursu yarımçıq qoyub Bakıya dönmüşdü.

1919-cu ildən 1920-ci ilədək Azərbaycan Dəmiryolunun Bakı-Biləcəri stansiyaları və şəbəkələrinin müdiri işləmişdi.

1920-ci ildə hökumətin qərarı ilə Fransaya göndərdi. Sarbonna Universitetində oxudu. Burada fransız dilini öyrəndi.

1922-ci ildə Almaniyanın Darmştad şəhərindəki Ali Texniki Məktəbə dəyişildi. 1924-cü ildə həmin məktəbi bitirdi.

İskəndər Rzazadə 5 oktyabr 1937-ci ildə repressiyaya uğrayıb.

Həmçinin bax Cümhuriyyət tələbələri

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Azərbaycan elektrik mühəndisləri Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Tehranda doğulanlar Kateqoriya:1937-ci ildə vəfat edənlər Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Bakı real məktəbinin məzunları Kateqoriya:Sovet repressiyasına uğramış cümhuriyyət tələbələri