Aşağı Noxudlu — Azərbaycan Respublikasının Salyan rayonunun Aşağı Noxudlu kənd inzibati ərazi dairəsində kənd. Əhalisinin sayı 1716 nəfərdir.
Muğan düzündədir. Kənd keçmişdə Şahsevənlərin sarıxanbəyli tayfasına mənsub Noxudlu yeri adlanan qışlaq yerində ətraf kəndlərin əhalisinin məskunlaşması nəticəsində yaranmışdır. Oykonim "Noxudlu yaşayış məntəqəsinin Aşağı hissəsi" deməkdir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007
Din Kənddə Aşağı Noxudlu kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR — 2012-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Kateqoriya:Salyan rayonunun kəndləri