Brkandul və ya Bırkandul — Azərbaycan Respublikasının Lerik rayonunun Nüvədi kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi Əhalisi 875 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Tarixi Peştəsər silsiləsinin ətəyində yerləşən bu kənd 1508-ci ildə Bərkandul, 1917-ci ildə Burxandul, 1933-cu ildə Burqandul, 1961-ci ildə Brkandul variantlarında qeydə alınmışdır.
Toponimiyası Tədqiqatçılar kəndin adını Talış dilindəki bır (böyürtkən kolu) və kandul (mağara, oyuq) sözləri əsasında "böyürtkənli dərə, oyuq" kimi izah edirlər. Rusiyanın Maqadan vilayətində də Burkandya adlı yaşayış məntəqəsi var.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.160
Din Kənddə Brkandul kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az
İstinadlar
Kateqoriya:Lerik rayonunun kəndləri