Təkyemişan — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Düz Rəsullu kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kənd XVIII əsrin əvvəllərundə salınıb. Yerli əhalinin məlumatına görə, Təkyemişan kəndini Düz Rəsullu kəndinin bünövrəsini qoymuş Böyük Rəsul adlı şəxsin oğlu Məşədi Nəbi salmışdır. 1921-1922-ci illərdə həmin rayondakı Emir kəndindən də buraya ailələr köç etdikdən sonra kəndə el arasında Emirri də deyilmişdir.

Toponimikası Təkyemişan oykonimi Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi tək yemişan ağacının yaxınlığında salındığına görə belə adlanmışdır. Bu ağac kəndin yaxınlığında hələ də durur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 189 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Gədəbəy rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Gədəbəy rayonunun kəndləri