Çuxanlı — Azərbaycan Respublikasının Qobustan rayonunun Təklə kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Çuxanlı Qobustan rayonunun kiçik kəndlərindən biridir. Bu kənd öz zəhmətkeşliyi ilə seçilir. Çuxanlı Qobustan rayonunun Təklə inzibati ərazi vahidində kənd. Acıçayın mənbə hissəsində, dağlıq ərazidədir. Çuxanlı tayfasının adı ilə bağlıdır. Etnotoponimdir.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.204

Toponimikası Kənd Acıçayın mənbə hissəsində, dağlıq ərazidədir. Çuxanlı tayfasının adı ilə bağlıdır. Etnotoponimdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 850 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629Azərbaycanlı tərəkəmələrdən (türkmənlərdən) ibarətdir. 1066-cı ildən etibarən Şirvana gəlmiş oğuzların törəmələridir. 24 oğuz tayfasının hansına mənsub olmaları tam araşdırılmayıb. İkinci dünya müharibəsinə qədər köç həyatı sürmüşlər. Bu səbəbdəndir ki, kənd əhaləsi eyni adlı 2 kənddə məskunlaşıb. Salyan Çuxanlısında Qışlaqda qalan Çuxanlılar, Qobustan Çuxanlısında isə yazlaqda qalan çuxanlılar məskunlaşıblar. Müsəlmandırlar. Məşhur Şirvan aşığı Aşıq Bəylər, Əməkdar artist Elnarə Abdullayeva , Azərbaycan ordusunun bir neçə generalı və yüksək rütbəli zabiti bu tayfadan çıxıb.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qobustan rayonunun kəndləri