Qoşadizə (əvvəlki adı: Qoşa Dizə) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsində kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşa Dizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşa Dizə kəndi Qoşadizə kəndi, Qoşa Dizə kənd inzibati ərazi dairəsi Qoşadizə kənd inzibati ərazi dairəsi adlandırılmış, Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindəki Araz qəsəbəsi və Təzəkənd kəndi rayonun ərazi vahidləri uçot məlumatından çıxarılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2015-ci il tarixli, 1342-IVQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi tərkibindəki Qoşadizə kəndinin 658 ha (bundan dövlət mülkiyyətində olan 28 ha, bələdiyyə mülkiyyətində olan 311 ha və xüsusi mülkiyyətdə olan 319 ha) təşkil edən ərazisi Qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq, Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinin ərazisinə birləşdirilmiş, Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi ləğv edilmiş, Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsi və onun tərkibindəki Qoşadizə kəndi Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır.
Toponimikası Məlumatlara görə oykonim qoşa və İran dillərinə məxsus olan dizə, "qala", "kənd", "istehkam", "hasar" mənalarında işlədilən sözlərdən ibarət olub, "qoşa qala, istehkam" deməkdir.
Tarixi
Tarixi abidələri Qoşadizə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi1865Qoşadizə nekropolu I-III əsrlərQoşadizə kəndiArxeolojiÖlkə
Coğrafiyası və iqlimi Kənd Naxçıvançayın sahilində yerləşirdi.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199912246146102009↗1435↗716↗719
İqtisadiyyatı
Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Babək rayonunun ləğv olunmuş kəndləri Kateqoriya:2003-cü ildə ləğv olunan yaşayış məntəqələri