Silviya Rayt () — alman futbol mütəxəssisi.
1960-cı il iyunun 11-də anadan olan Silviya Rayt futbolçu karyerası ərzində Almaniyanın "Bavariya" və "Frankfurt–Mayn" klublarında çıxış edib. O, Almaniya millisinin heyətinə ilk dəfə 1982–ci ildə dəvət olunub. Milli komandada 58 oyunda 4 qol vuran Rayt 1989 və 1991-ci illərdə qadınlar arasında Avropa çempionatının qalibi olub.
Silviya Rayt UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına malikdir. O, 2004-2008-ci illərdə "Bavariya"nın qadınlardan ibarət komandasının məşqçisi olub. 2008-ci ilin iyulundan Bavariya Futbol Federasiyasında məşqçi işləyən Rayt 2009-cu ilin oktyabrınadək kişilərdən ibarət "TSV Exinq" klubunun məşqçisi kimi fəaliyyət göstərib.
Mənbə Azərbaycanın daha bir yığma komandası almanlaşdırılır
Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Almaniya futbol məşqçiləri Kateqoriya:Almaniya futbol məşqçiləri Kateqoriya:Qadın futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycanda legioner Almaniya idmançıları Kateqoriya:Bayern Münhen FK futbolçuları