Qurbanzadə — Azərbaycan Respublikasının Goranboy rayonunun Fəxralı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Qurbanzadə kəndi Gəncə-Qazax düzənliyindədir. Yaşayış məntəqəsini inqilabdan əvvəl Cənubi Azərbaycanın Qaradağ mahalından gəlib Fəxralı kəndində rəncbərlik edənlər 1924-cü ildə salmışlar. Yeni salınmış kənd əvvəllər Tatlar adlanırdı (yerli əhali Cənubi Azərbaycandan gələn rəncbərlərə tat deyirdi). Sonralar kəndin adı dəyişdirilərək ona vaxtila yaşayış məntəqəsinin salınması üçün torpaq sahəsi ayırmış Gəncə Qəza İcraiyyə Komitəsinin torpaq şöbəsi idarəsinin müdiri Qurban Məmmadovun adı vərilmişdir. Oykonim "Qurbanın övladları” mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 632 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Goranboy rayonu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti
Kateqoriya:Goranboy rayonunun kəndləri