() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –EN A2acd + 3bc; C1. Bitki aləmində nadir, relikt Qafqaz üçün endemik növdür. Cinsi formalaşmasında mərkəzi rol oynayan növdür.

Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Gövdəsi 30-70 sm hündürlükdədir. Aşağı hissədən uzunsov-neştərşəkilli, küt-itiləşmiş yarpaqlıdır. Çiçəkqrupu salxıma bənzərdir, seyrək, çoxçiçəklidir, 30 sm uzunluqğunadır. Çiçəkləri fır-fır, yana əyilmiş, 12-25 ədəddir. Dodaqcıq uzunluğundadır, tərs-pazşəkillidir, fır-fır rənglidir. Yan dodaqcığın pərləri qısadır, uzunsov, küt, ortada yerləşən dilcikşəkilli, yuxarı tərəfdən enliləşmiş, 10- uzunluğundadır. Mahmızı əyilmiş, silindrik, 2 dəfə yumurtalıqdan qısadır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə may-iyun aylarına təsadüf edir. Aşağı dağ qurşağından başlayaraq yuxarı dağ qurşağına kimi, meşə və meşə kənarlarında,  kolluqlar arasında, bozqır yaylalarda rast gəlinir.

Yayılması Böyük Qafqazın  Quba hissəsi (Qusar rayonu), Lənkəranın dağlıq ərazilərində rast gəlinir 

Ehtiyatının dəyişilmə səbəbləri Kök yumrularının səhləb almaq üçün istifadə edilir.

Sayı və tendensiyası Populyasiyası çox nadirdir. İtmə təhlükəsi altındadır.

Becərilməsi Azərbaycanın Botanika İnstitutunun Botanika bağında (Bakı) becərilir.

Məhdudlaşdırıcı amillər Yaşayış ərazisinin deqradasiyası, otarılma, tapdalanma müşahidə olunur.

Mühafizə tədbirləri Bəzək bitkisi kimi becərilməli və təbii populyasiyası mühafizə olunmalıdır.

Yayılması BQ Quba sahəsi, Xəzər sahili ovalığının rayonlarında aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə və meşə kənarlarında, kolluqlar arasında, bozqır yaylalarda rast gəlinir.

Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax