Nüsüs — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Azərbaycan toponimlərinin ensiklopedik lüğətinə əsasən, bəzi tədqiqatçılar ehtimal edir ki, oykonim əslində Nousus olmalıdır və kəndin adı fars dilindəki nou (yeni, təzə) və Sus (kənd adı) komponentlərindən düzəlib, "yeni Sus kəndi" mənasını daşıyır. Lüğətdə qeyd olunur ki, bu fikrə görə, yaşayış məntəqəsini Laçın rayonundakı Sus və ya Xocavənd rayonundakı Sos kəndlərindən çıxmış ailələr salmışlar.

Coğrafiyası və iqlimi Nüsüs kəndi dağətəyi ərazidə, təqribən 898 m hündürlükdə yerləşir.

Tarixi Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Sirik kənd Sovetindən Nüsüs kəndi Xələfli kənd Sovetinin tərkibinə verilmişdir.

Birinci Qarabağ müharibəsi dövründə Cəbrayıl rayonunun əraziləri 23 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Rayonun Nüsüs kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

İkinci Qarabağ müharibəsi zamanı, 2020-ci ilin 23 oktyabrında Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdi.

İqtisadiyyatı Keçmişdə Nüsüs kəndinin əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edirdi. İşğal vaxtı kənd dağıntılığa məruz qalmışdı.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Cəbrayıl rayonunun kəndləri