Niyazqulular — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Şahvəlli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası Düzənlikdədir. Yerli məlumata görə, yaşayış məntəqasini r-nun Quycaq kəndindən köçüb gəlmiş Niyazqulu adlı şəxs saldığına görə belə adlanmışdır. Oykonim "Niyazın nəslindən olanlar" mənasındadr. Deyilənə görə, əvvəllər Araz çayının sahilində İlxac adlı ərazidə yerləşən kənd sonralar Səlimbəyyurdu adll sahəyə köçürülmüsdür.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq idi.

Həmçinin bax Cəbrayıl rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti

Kateqoriya:Cəbrayıl rayonunun kəndləri