Meynətəpə — Azərbaycanın Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Füzuli şəhərinin mərkəzindən 5 km şimal-şərqdə, Köndələnçayının sağ sahilində yerləşən yaşayış yeri.

Haqqında Köndələnçayın sağ sahilində, Qaraköpəktəpədən 6 km şərqdə yerləşən Meynətəpə yaşayış yeri üç təpədən ibarətdir. Kənarda yerləşən təpələrin ikisi 1 hektar, mərkəzdə yerləşən üçüncü təpə isə 2 hektar sahəni əhatə etmişdir. Burada mədəni təbəqənin qalınlığı 3–4 m arasındadır. Uzunsov, düzbucaqlı formada, küncləri qatlanmış şəkildə olan bu təpənin hündürlüyü 80 m-dən çox deyildi. Meynətəpənin maddi mədəniyyət nümunələri Qaraköpəktəpənin tapıntıları ilə eyniyyət təşkil edir. Bu abidədə də erkən və orta tunc dövrü təbəqələrinin arası kəsilməzdir, bu da öz növbəsində, Meynətəpədə həyatın hər iki dövrdə ardıcıl davam etməsini göstərir. Təpələrin hər üçündə əmək alətlərinə, gil qab parçalarına rast gəlinmişdir. Abidənin ətrafı əkinçilik üçün yararlı sahələrlə əhatə olunmuşdur. Arxeoloji tədqiqatlar zamanı Meynətəpədən çоxlu gil qablar, оcaq qurğuları, dən daşları, daş bıçaq, çəkic və s. aşkara çıxarılaraq tədqiq edilmişdir. Ətrafında üzümlük saqələri оlduğu üçün tоpоnim el arsında "Meynətəpə" adı almışdır. Üçüncü təpə maddi-mədəniyyət qalıqları ilə daha da zəngindir. Köndələnçayın uçurumlu sahilində yaranan kəsikdə təpənin mədəni qatları aydın şəkildə izlənir. Təbəqə yanmış torpaq qatlarından, gil qab parçalarından, çay daşlarından və digər maddi-mədəniyyət qalıqlarından ibarətdir. Arxeoloji materialların təhlili Мeynətəpənin Kür-Araz mədəniyyətinin bütün dövrü ərzində mövcud olduğunu göstərir.

İstinadlar

Xarici keçidlər Avşarova İ.N., Pirquliyeva Q.Ə. Qafqaz arxeologiyası. Dərslik. Bakı: "Bakı Universiteti" nəşriyyatı, 2010, 248 s. Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait). Bakı: Elm, 2007, 239 s. Kürdəmir Regional Mədəniyyət İdarəsi

Kateqoriya:Füzuli rayonunun qədim yaşayış yerləri