Üçüncü Mahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun Gecəgözlü kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub.

Etimologiyası Kəndin adı mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə üçüncü komponentdən istifadə edilmişdir.

Əhalisi Kəndin əhalisi kürd mənşəli mahmudlu tayfasına mənsubdur.

Coğrafiyası Kənd Quruçayın sahilindədir.

İstinadlar

Əlavə ədəbiyyat Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.

Kateqoriya:Füzuli rayonunun kəndləri