Qarazəmi (əvvəlki adı: Qarahonc) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Quzumkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Qarahonc kəndi Qarazəmi kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarazəmi kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.

Toponimikası Kənd salındığı ərazinin adı ilə adlanmışdır. XIX əsrin əvvəllərində ermənilər burada yerləşdikdən sonra bu adın tərkibindəki zəmi sözü ermənicəyə çevrilərək honc (bicənək, zəmi) şəklinə düşmüş və kəndin adı Qarahonc kimi rəsmiləşdirilmişdi. 1992-ci ildə kəndin keçmiş adı bərpa edilib, Qarazəmi adlandırılmışdır. Oykonim "geniş əkin yeri" mənasındadır.

Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX

İstinadlar

Həmçinin bax

Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Quzumkənd kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri