thumb Bard — Qədim keltlərdə şair-nəğməkar. Bardlar poeziyası eramızdan əvvəl meydana çıxıb və XVIII əsrə qədər davam etmişdir. Bir müddət bardlar knyaz saraylarında oxuyan şair-nəğməkarlar idi."Ədəbiyyatşünaslıq terminləri lüğəti", Bakı, Maarif, 1978, səhifə 20.
Bardlar bir neçə dərəcəyə bölünürdülər. Yüksək dərəcəli sənətkar bard olmaq üçün uzun müddət (10–12 il) xüsusi məktəbdə təlim almaq lazım idi. Bardlar poeziyası Avropada çox yayılaraq romantizmin inkişafına təsir göstərmişdir.
XIX–XX əsrlərdə bard, əsasən, şair sözünün sinonimi kimi işlənirdi. Bəzən təmtəraq üçün, yaxud kinayə məqsədilə də "şair" əvəzinə "bard" deyirlər.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ədəbiyyat Kateqoriya:Druidlər Kateqoriya:Köhnə peşələr Kateqoriya:Avropa musiqisi Kateqoriya:İrlandiya ədəbiyyatı Kateqoriya:Kornuoll mədəniyyəti Kateqoriya:Musiqi peşələri Kateqoriya:Qədim Kelt mədəniyyəti Kateqoriya:Şairlər Kateqoriya:Şotlandiya ədəbiyyatı Kateqoriya:Uels ədəbiyyatı Kateqoriya:Uels tarixi