Riçard Bryus "Dik" Çeyni (; ) — amerikalı siyasətçi, respublikaçı, Amerika Birləşmiş Ştatlarının 46-cı vitse-prezidenti (2001–2009) və 17-ci Müdafiə naziri (1989–1993).
Bəzi politoloqlar Dik Çeynini Amerika siyasəti tarixində ən nüfuzlu vitse-prezident adlandırırlar. Dik Çeyni mühafizəkar düşərgəsində radikal qərarları dəstəkləyən qrupa aid edilir. O, Donald Ramsfeldlə bərabər İraq müharibəsinin əsas təşəbbüskarlarınan biri sayılır.
Dik Çeyni Pentaqona ilk dəfə ata Buşun hakimiyyəti dövründə gəlib. 1991-ci ildə Küveytin azad edilməsi üçün həyata keçirilən Səhrada tufan əməliyyatı zamanı ABŞ-nin Müdafiə naziri məhz o idi.
Siyasi fəaliyyəti 1974-cü ildə Çeyni prezident Ford administrasiyasında aparat rəhbəri təyin ediləndə o, bu vəzifəni tutan ən gənc şəxs olmuşdu. Dik Çeyni iş dünyasının və o cümlədən neft sənayesinin liderləri ilə yaxın əlaqələrdə təqsirləndirilir. O, öz nüfuzuna baxmayaraq vitse-prezidentlik dövründə cəmi bir neçə dəfə ictimai nitqlə çıxış edib. Çeyni daha çox əlaqələr qurmaq və səhnə arxası diplomatiyada məharətinə görə tanınır.
Kateqoriya:ABŞ siyasətçiləri Kateqoriya:ABŞ vitse-prezidentləri Kateqoriya:Viskonsin-Medison Universitetinin məzunları Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:XXI əsr ABŞ siyasətçiləri Kateqoriya:XX əsr ABŞ siyasətçiləri Kateqoriya:11 sentyabr terror aktları ilə əlaqəli şəxslər