Şah Sultan Hüseyn və ya Sultan Hüseyn (; ), 1694–1722-ci illərdə hakimiyyətdə olan IX Səfəvi şahı. Mir Mahmud Hotakinin rəhbərlik etdiyi əfqan və puştun üsyançılar tərəfindən hakimiyyətdən devrilmişdir.
Səfəvi hökmdarı Şah Süleyman Səfəvinin gürcü knyazının qızı olan Yelena Xatunla izdivacından dünyaya gəlmişdi.
Hakimiyyətə gəlməsi Şah Süleyman Səfəvi 28 iyul 1694-cü ildə İsfahanda vəfat etdi. Şah Süleyman Səfəvi ölüm yatağlnda olarkən öz hərəm ağalarına və saray əyanlarına vəsiyət edir ki, əgər onlar imperiyanın güclənməsini istəyirlərsə kiçik oğlu Abbas Mirzəni şah elan etsinlər, əgər dinc şəraitdə yaşamaq istəyirlərsə böyük oğlu Sultan Hüseyn Mirzəni şah elan etsinlər. Hərəm ağaları və digər əyanlar Sultan Hüseyni seçdilər. Doqquz gün sonra yəni 6 avqust 1694-cü ildə Şah Süleymanın böyük oğlu Hüseyn Mirzə 26 yaşında Səfəvi dövlətinin şahı oldu. İlk görülən iş Şah Süleymanın dəfni idi. O, Qumda atasının və babasının yanında dəfn edildi. Bundan sonra 3 gün müddətinə müxtəlif şəhərlərdə ehsan verildi.
Şah Sultan Hüseynin tacqoyma mərasimi əmir və əyanların iştirakı ilə keçirildi və bu dəfə onun tacını başına Şeyxülislam Məhəmməd Baqir Məclisi qoydu. Başqa Səfəvi şahlarının tacqoyma məraismləri zamanı şahın belinə şahlıq qılıncını Qızılbaş tayfa başçılarından biri bağlayırdı, lakin Şah Hüseynin belinə şahlıq qılıncını da şeyxülislam bağladı. Bu şahın dindar olmasından irəli gəlirdi və bütün bu mərasimlərin M.B. Məclisi tərəfindən həyata keçirilməsi Şah Hüseynin dövlətin idarə olunmasında ruhanilərə üstünlük verəcəyinə işarə idi.
Bundan sonra Məclisi tacqoyma mərasimində adət olan uzun bir xütbə oxudu. Nəsirinin "Dəsture-Şəhriyaran" kitabında yazdığına əsasən bu mərasim "Ayinəxana" sarayında keçirildi:
"Çox savadlı, əllamə, müctəhidiz-zamani, Şeyxul-islam mövlana Məhəmməd Baqir Məclisini Ayinəxana sarayına çağırdılar və o, aləmdən bac alan Şahlıq tacını qoymaqla Şaha başucalığı verdi, kəmər bağlamaq və xəncərlə zinətləndirməklə nurani Şəriətin hökmlərini icra etməyə hazırlaşanı hörmətə mindirdi."Nəsiri, "Dəsture Şəhriyaran"
Şah Sultan Hüseyn dövlət işləri ilə maraqlanmırdı, xarici və daxili siyasət barədə ondan nəsə soruşan əyanlara, hərbi başçılara ancaq "yaxşıdır" dediyinə görə, xalq və saray əyanaları öz aralarında şaha "yaxşıdır" ləqəbi qoymuşdular.
Hakimiyyətinin ilk dövrlərində Məclisinin rəhbərlik etdiyi dini şuraya böyük səlahiyyətlər verilmişdi. Sarayda və digər yerlərdə şərab içmək, narkotik maddə qəbul etmək qadağan edilmişdi. Qadınların ictimai həyatda iştirakına məhdudiyyətlər qoyulmuşdu. Əyalət hakimlərinə göndərilən əmrlərdə şəriət qaydalarına riayət olunması tələb edilirdi.Cambridge History of Iran Vol.6 pp.311–312Axworthy pp.29–30 1699-cu ildə Şeyxülislam Məclisi vəfat etdi. Dövlətin idarə edilməsi bundan sonra Şah Süleymannı bibisi Məryəm Bəyimin (I Şah Səfinin qızı) əlinə keçdi. Onun birbaşa təsiri ilə Şah Hüseyn spirtli içkilərdən və narkotik maddələrdən asılı hala gətirildi. Onsuzda dövlət işləri ilə çox az maraqlanan Şah Hüseyn, bundan sonra dövlət işləri ilə tamamilə maraqlanmadı, vaxtını öz hərəmində və kef məclislərində keçirdi.Axworthy pp.30–31
250px|thumb|right|Sultan Hüseyn əyanları ilə (Məhəmməd Əli, 1721)
Daxili vəziyyət Son Səfəvi şahları dövlətin dağılıb parçalanmasını yalnız seyr edirdilər. Üç Azərbaycan bəylərbəylikləri, onların Dərbənd, Bakı, Şəki, Xudat kimi qalalara qoyduqları yerli sultanlar Səfəvi hökumətinə saymazlıqla yanaşırdılar. Xalqın Səfəvilərə ehtiramı qalmamışdı. 1715–1718-ci illər Rusiya elçiliyindən olan A. Lopuxın bütün yol boyu xalqın "… biz şahdan qorxmur və onun sözünə baxmırıq" deyərək, belə bir düşüncədə olmasını görmüşdü. O, Quba əhalisi haqqında yazırdı:
Səfir heyətinin rəhbəri A Volinski özü Təbriz əhalisi ilə tanışlıqdan sonra yazmışdı:
Bu zaman Azərbaycan bəylərbəylikləri, xüsusilə Şirvan bəylərbəyliyi mərkəzi Səfəvi hökumətindən əslində nominal bir asılılıqda idi.
Səfəvi dövləti sistemində Azərbaycanın, Təbriz və Şamaxı kimi şəhərlərin iqtisadi çəkisi böyük idi. Adı çəkilən Rusiya heyət rəhbərinin gündəliyində bu barədə oxuyuruq:
Rus elçiliyindən 8 il öncə, yəni 1707-ci ildə, Şamaxıda olmuş Korneli de Bruin də, Pyotrun tutmaq istədiyi Azərbaycanın varlı bir məmləkət olmasını ayrıca qeyd edirdi. O yazırdı ki, Səfəvi dövlətinin o biri vilayətlərindən Araz çayı ilə ayrılan "quberniya" (burada təkcə Şirvan bəylərbəyliyi deyil, həm də Qarabağ-Gəncə bəylərbəyliyi nəzərdə tutulur) çox böyük gəlir verir. Sonra müəllif pambıq, zəfəran işinin verdiyi gəlirdən, "torpağın çox yaxşı qırmızı və ağ çaxır" üçün üzüm yetirməsindən, "gözəl atların və ev heyvanlarının" çoxluğundan, bu "gözəl və gözəyatımlı vilayətin Gürcüstanla yanaşı çox bərəkətli" olmasından danışaraq, "çar əlahəzrətləri üçün bu vilayətin Rusiyaya qatılması çox yerinə düşər və onun təbəələri üçün çox əlverişli olardı" yazırdı.
Xalq zülm, saysız vergilər boyunduruğu altında idi. Qanunsuzluq, dərəbəylik, rüşvətxorluq hökm sürürdü. Kəndlilər üzərinə ağır mükəlləfiyyətlər yüklənmişdi. Vergi yığımı bəylərbəyinə, xan və sultanlara sonsuz qazanc gətirirdi. Kənd və şəhərlərdən artıqlaması ilə yığılan vergilərin hökmdar xəzinəsinin deyil, yerli hakimlərin (ilk öncə bəylərbəyinin) əlinə keçməsi bir qayda olmuşdu. 1702-ci ildə Şah Hüseyn vergiləri artırdı. Bununla bağlı olaraq, 15 yaşından tutmuş hamı vergi sayımına alınmışdı. Şahın fərmanı üzrə sayımdan yayınıb gizlənən bir kimsə ələ keçərdisə öldürülürdü. Hər şeyə göz yetirən Volinski gündəliyində bunu da yazmışdı:
Üsyanlar Şah Hüseynin ilk gördüyü tədbirlərdən biri də bəzi üsyan etmiş Bəluc tayfalarına qarşı hərbi qüvvə göndərməsi olmuşdur. Göndərilmiş qoşunların sayəsində üsyanlar bir qədər də olsa yatırıldı. Əfqanıstanda qalxan üsyanlar yayılaraq Kirman vilayətinə qədər gəlib çatmışdı. Mir Üveys xan Hotaki hücum edərək Qəndəharın Səfəvi canişini Gərgin xanı öldürərək Qəndəharı ələ keçirdi.
1695-ci ildə kürdlərin kompakt yaşadığı ərazilərdə də üsyanlar başladı. Bununla paralel olaraq Xorasana da özbək hücumları başladı. Özbək hücumları nəticəsində Xorasanın bəzi hissələri itirildi və bütün Xorasan demək olar ki, yağmalandı. Özbəklərin Xorasan üzərinə ən böyük yürüşü isə 1710-cu ildə baş vermişdir.
Bu dövrdə Fars körfəzi tərəfindən də Səfəvilər dövləti üçün təhlükə meydana çıxdı. Beləki, Səfəvilərin hakimiyyəti altında olan Bəhreynə Oman tərəfindən mütəmadi dağıdıcı yürüşlər təşkil edilməyə başlandı. Bu yürüşləri təşkil edən Oman imamı İmam Seyfin təşkilatçılığı ilə güclü donanma yaratmışdılar. Bu donanma sayəsində nəinki Bəhreyni özlərinə tabe etmiş, körfəzdəki bütün Səfəvi adalarını özlərinə tabe edərək, demək olar ki, körfəzi Səfəvi dövlətinin ticarət edə bilməməsi üçün qapamışdı. Bəhreynin dini rəhbəri Şeyx Məhəmməd ibn Macid Omanlıların yürüşünə qarşı göndərilməsini xahiş etməsi üçün İsfahana getmiş, şahdan şəxsən bunu xahiş etmişdi. Şah Hüseyn Lütfəli xanın başçılığı altında qoşun göndərsə də, dəniz qüvvəsi olmadığına görə bu baş tutmamışdı. Səfəvi hərbi qüvvələrini Bəhreynə daşımaq üçün Portuqaliyadan yardım istənmişdi. Portuqaliya isə bunun müqabilində Səfəvilərdən xeyli pul istəmişdi. Lütfəli xan pul verməmək üçün fransızlarla danışıqlara başlamışdısa da, bu da bir nəticə verməmişdi. Sonda Lütfəli xan heç bir hərbi əməliyyat keçirmədən İsfahana geri dönmüşdü.
Şahın dini siyasəti imperiya ərazisində yaşayan dini azlıqları — sünniləri, xristianları (xüsusən erməniləri və gürcüləri), zərdüştləri ciddi şəkildə narahat edirdi. Şah Hüseynin hakimiyyətinin ilk illərindən etibarən Məhəmməd Baqir Məclisinin həyata keçirdiyi dini siyasət onun ölümündən sonra varisi və nəvəsi Məhəmməd Hüseyn tərəfindən həyata keçirilirdi. Bir müddət sonra Şah Hüseyn zərdüştlüyün qadağan edilməsini nəzərdə tutan əmr verdi və zərdüştlərə dərhal İslam dinini qəbul etmələri əmr edildi.
Bütün bunlar imperiya ərazisində ümumi narazılıqlara səbəb oldu. 1717–1720-ci illərdə sünni kürdlər və Şirvan bölgəsində yaşayan sünnilər üsyana qalxdı. Şirvanlılara Cənubi Dağıstanlılarda qoşuldu. 1720-ci ildə Şirvan bəylərbəyliyinin mərkəzi olan Şamaxı ələ keçirildi və şəhərdə yaşayan şiələr qətlə yetirildi, bəylərbəyi və ailəsi qətlə yetirildi. Jonas Hanvey yazır ki, şəhər tamamilə talan edildi.An Historical Account of the British Trade Over the Caspian Sea — London. 1762. Т. II. С. 146.
Azərbaycan üsyanlar Səfəvilərə tabe olan bütün əyalətləri kütləvi çıxışlar bürümüşdü. Nüfuzunu itirmiş xanədana qarşı yönəlmiş bu çıxışların iki başlıca ocağı yaranmışdı. Bunlardan biri Əfqanıstan, o biri isə Azərbaycan idi. Hər ikisində ilkin çıxışlar 1709-cu ildə baş verdi. Həmin ildə Təbriz üsyana qalxdı. Tezliklə Muğan şahsevənləri də ayağa qalxaraq, mərkəzi Səfəvi hökumətini tanımaqdan boyun qaçırdılar. 1711-ci ildə Car vilayəti üsyan etdi. Carlılar şah xəzinəsinə vergilərdən azad idilər. Əksinə, Səfəvi təbəəliyinə qoşulub sərhəd xidmətində sayıldıqları üçün onlara şahın adından illər boyu pul ilə ödənc verilirdi. Şirvan bəylərbəylərinin özbaşınalığı ilə bu ödəncin kəsilməsi onları bərk narazı salmışdı. Carlıların Şəki və Şirvana girməsi bir çox yerlərdə kəndlilərin onlara qoşulması ilə nəticələndi. Üsyan başçıları xalqın narazılığından varlanmaq, özlərinə siyasi nüfuz qazanmaq üçün istifadə edirdilər. Belələrindən Ərəş vilayətinin hakimi Əli Sultanın adını çəkmək olar. (Osmanlı sultanının 1722-ci il tarixli fərmanında o, "Şəki sultanı" adlandırılır). Səfəvi hökmdarı sultan Hüseynin verdiyi əmrlərə baxmayaraq, Şirvan qoşunu bu çıxışı yatıra bilmədi. Əli Sultanın başçılığı ilə üsyançılar Şəki mahalında hökumət qoşununu əzdilər. bu dğyüşdə Şirvan bəylərbəyisi Həsənəli xan öldürüldü. Üsyançı dəstələr Gəncə-Şəmkir-Zəyəm-Qazax-Şəmşəddil bölgələrinə basqın etdilər. Gəncə bəylərbəyisi Uğurlu xanın Şəmkir yaxınlığında onların qarşısını almaq istəməsi də uğursuz oldu, xanın qoşunu məğlub oldu. Özü isə Gəncə qalasına sığındı. Şəki hakimi Kiçik xan da məğlub edilərək öldürüldü.
Tezliklə üsyan rəhbərlərindən Hacı Davud ad çıxardı. O, Quba vilayətindəki Müşkür mahalının Dədəli kəndindən idi. Həccə getdikdən sonra Şərqi Qafqazda sünni dini rəhbərlərdən biri olmuş, Qaytaq hakimi Əhməd xan və Qazıqumuq hakimi Surxay xanla ittifaq yaratmışdı. Onlar kütləvi üsyan qaldıraraq, Şirvan və Dağıstanda Səfəvi hökmranlığına son qoymaq istəyirdilər. 1719-cu ildə Hacı Davud tutulub Dərbənd qalasına salındı. O biri il dustaqlıqdan çıxdıqdan sonra o, müttəfiqləri ilə birlikdə Şabran şəhərini tutub dağıtdı. Bu dağıntıdan sonra Şabran şəhəri yer üzündən silindi. Buradan sonra Xudat qalası alındı, burada Əhməd xan Qaytaqlı öldürüldü. Hacı Davud və Surxay xan buradan Bakı qalası üzərinə hücuma keçdilər. Bakı hakimi Dərgahqulu b\y qaladan yarım fərsəx aralı onların qoşununu məğlub etdi (bu yer o dövrdən Qanlı Dərə adlanır). Şamaxını və Dərbəndi ələ keçirmək cəhdi də uğursuz oldu.
Əfqan üsyanı Şah hüseyn taxta keçdiyi vaxtdan etibarən əfqanlar mütəmadi olaraq üsyan edirdilər. Hələ əsrin əvvəllərində Mir Mahmud Hotakinin atası Mir Üveys Hotəki üsyan qaldıraraq Qəndəharı Səfəvilərdən almışdı.
Mir Mahmud Hotakinin rəhbərliyi altında toplaşan əfqanlar Səfəvi dövlətinin zəifləməsindən istifadə edərək onların üzərinə hücuma keçdilər. İlk hücumlarının qarşısı Yəzd və Kirmanda alınsa da, ikinci hücumun qarşısını almaq münkün olmadı. Şah Hüseyn əfqan üsyançıların qarşısını almaq üçün qoşun yığılması işinə başladı. Vəliəhd-şahzadəsi Təhmasib Mirzəni ordu toplaması üçün şimala göndərdi. 50 minlik qoşun təşkil edən Şah Hüseyn, 1722-ci ilin mart ayında Gülnabad adlı yerdə 20 minlik əfqan ordusu ilə üzləşdi. Səfəvi ordusu məğlub oldu, Şah Hüseyn İsfahana qaçdı. Əfqan ordusu Səfəvi ordusunun geri çəkilməsinə inana bilmirdi və bunu hansısa taktika ilə əlaqələndirdiklərinə görə Səfəvi ordusunu izləmədilər.
İsfahanı mühasirəyə alan əfqan ordusu 8 aylıq mühasirədən sonra şəhəri təslim aldılar. Şah Hüseyn özü gələrək şahlıq tacını Mahmudun başına qoydu və onu İranın yeni şahı elan etdi.
Xarici siyasət
Osmanlı imperiyası ilə münasibətlər