270px|thumb|right|Azərbaycan Milli Xalça Muzeyində dərviş xalçası

Azərbaycan sufizmi, təsəvvüfü və ya İslam mistisizmi — Azərbaycan mühitində sufi ideyalar və icmaları əhatə edir. Sufizm Azərbaycan mənəvi həyatında böyük rol oynayıb və bu rol hələ də davam edir. Sufizm Azərbaycanın mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına böyük təsir göstərmişdir. Azərbaycan sufi mədəniyyəti fəlsəfə, ədəbiyyat, incəsənət, tarix və digər istiqamətlərdə zəngin bir keçmişə malikdir.

Azərbaycan mühiti sufizm tarixi baxımından zəngin bir mühitdir. Bu bölgədə sührəvərdiyyə, əbhəriyyə, zahidilik, xəlvətilik, səfəvilik kimi təriqətlər ortaya çıxmışdır. Bu bölgədə yetişən şəxsiyyətlər əxilik və hürufiliyin təmsilçiləri olublar. Azərbaycan sufi məktəbləri Səlcuq və Osmanlı Türkiyəsinə dərin bir şəkildə təsir etmiş, dini-ictimai həyatı formalaşdıran vacib bir amil olmuşdur. Hürufilik və ələviliyin qaynaqlandığı Azərbaycan təfəkkür sistemi İran və Anadolunun inanc coğrafiyasını formalaşdırmışdır.

Azərbaycan poeziyası kənar bölgələrə hürufilik, işrakiyyə, şiə-ələvilik və məsihçilik ideyaları vasitəsilə özünəməxsus poetik ənənələr və mistik-ideoloji anlayışlar təqdim etmişdir. Azərbaycan poeziyasının əsas ideoloji məğzi sufizm, xüsusilə İbn əl-Ərəbinin vəhdət əl-vücud təlimi idi, hansı ki, hürufizm təlimlərinə görə bəzi mistik cəhətlər əldə etmişdi. Poetik obrazların əsasını təşkil edən hürufilik sufilik və şiəliklə yanaşı, yəhudi, xristian, zərdüştlük və qnostisizm elementlərini də əhatə edən çoxşaxəli bir təlim idi. Azərbaycan türk ənənəsində hürufi və şiə ideyaları "əriyib" qarışmış, xüsusilə Şah İsmayıl Xətai ədəbiyyatında ən yüksək nöqtəyə çatmışdır.

Arxa plan

Tarixi-mədəni mühit

200px|thumb|left|Qədiriyyə sufi ordeninin şeyxi Yəhya ibn Məhəmmədin şərəfinə inşa edilmiş Məmmədbəyli türbəsinin kitabəsi. Zəngilan

VIII əsrdə müasir İraq ərazisində başlayan sufi hərəkatı Qafqaz və tarixi Azərbaycan daxil olmaqla, bütün İslam dünyasına yayılmışdır. Sufizmin Azərbaycanda yayılması IX–X əsrlərdə başlamışdır. Azərbaycanda sufizmi ilk təbliğ edənlər Əbu Hüseyn Dündəri-Şirazi (X əsr), Hüseyn ibn Yəzdinyar (X əsr), Əbu Həsən, Əbu Zura (1024-cü ildə vəfat edib), Əbu Abbas (XI əsr), Əbu Səid Əbdül-Bakuvi (X–XI əsrlər), Əli ibn Məhəmməd ibn Abdullah Bakuvi (vəfatı 1050–1051), Hüseyn Şirvani (vəfatı 1074), Əbu Abbas Əhməd və başqaları idi.Ахундова Н. Ф.. Развитие суфизма в Азербайджане: возвышение шейха Сефи ад-дина Исхака Ардебили в эпоху ильханата (на основе сведений западной историографии). — АНО "Научно-исследовательский институт истории, экономики и права", 2018. — 200 с. — ISBN 978-5-906724-35-9. Müxtəlif dövrlərdə Azərbaycanda sührəvərdiyyə, hürufilik, zahidilik, səfəvilik, xəlvətilik kimi sufi təriqətləri ortaya çıxmış və İslam dünyasına yayılmışdır.Шириев Т. М.. О быте суфиев и их молельнях в средневековом Азербайджане // Актуальные проблемы тюркологии: Россия и тюрко-мусульманский мир : Материалы X Международной тюркологической конференции, Казань. — 2021. — С. 392–394. — ISSN 978-5-6042466-4-1. Bayıl qalasının hal-hazırda su altında qalan, 1234-cü ilə aid tikilisinin Pirsaatçay yaxınlığındakı tikiliyə bənzər bir xanəgah (qala ilə əhatə edilmiş sufi monastırı) olduğu fikirləşilir.Бретаницкий Л. С., Мамиконов Л. Г., Рагимзаде Ю. Р. "Баиловские камни" // Архитектурное наследство : журнал. — М.: Стройиздат, 1978. — № 26. — С. 127–134.

Elxanilər dövründə Hülakü xan və oğlu Abaqa xanın sarayında şaman ayinləri icra edilirdi. İcra edilən ayinlər Anadolu və Azərbaycandakı türk sufilərinə təsir etmişdir. Abaqa xanın oğlu Əhməd Təkudar xan türk şeyxləri ilə həddindən artıq maraqlanır, Arranda qışlayarkən İşan Mengli adındakı bir türk şeyxinin evində səma (musiqili zikr) ilə məşğul olurdu. Konya sufisi Cəlaləddin Ruminin səma və cəzb yoluna gəlməsi təbrizli bir dərviş vasitəsilə, türk sufilərinin xanlar üzərindəki təsirini gördükdən sonra olmuşdur. Azərbaycan türk sufiləri Konyadakı Səlcuqların qəlbini də qazanmağa müvəffəq olmuşdur. Bundan başqa, İbn Bətutənin qeyd etdiyi kimi, Krım ətrafında zaviyələr qurub yerləşən və müharibə qənimətləri ilə dolanan Azərbaycan, Anadolu və Xorasan türkü qazilərinin Qızıl Orda ordu generalı Noğay xanın yürüşlərində iştirak etdiyi ehtimal edilir. Zəngilan bölgəsində qədiriyyə sufi ordeninin şeyxi Yəhya ibn Məhəmmədin şərəfinə Məmmədbəyli türbəsi inşa edilmişdir. Yəhya Elxanilər dövründə böyük alim olmuş, Marağa rəsədxanasında işləmiş, "Cami əs-saqir" əsərini yazmışdır.Неймат М. С. Корпус эпиграфических памятников Азербайджана / Под ред. З. М. Буниятова. — Б.: Yeni Nəşrlər Evi, 2001. — Т. II. — С. 54. — 368 с.

İraq, Azərbaycan, Anadolu və hətta Qızıl Ordada yayılmış rifaiyyə (əhmədiyyə) təriqəti monqol şamanizmindən bəhrələnirdi, monqollar isə İslam mühitində nüfuz qazanmaq üçün sufi rolundan istifadə edirdilər.Köprülü, F. (2004). İSLÂM SÛFÎ TARÎKATLERİNE TÜRK-MOĞOL ŞAAMANLIĞININ TE’SİRİ . Marife Dini Araştırmalar Dergisi, 4 (1), 267–275 . Retrieved from http://marife.org/tr/pub/issue/37809/436582 Monqol ordusu batil məzhəblərə (məs. cəvvaliqi) qarşı mübarizə aparmış, bəktaşi və baraqi kimi türk sufilərini qorumuşdur. Bu dövrdə batil məzhəblər türk dərvişlərinin ayinlərini "şeytan işi" adlandıraraq ləkələmək istəyirdi. Cəvvaliqlərin pərişan və səfil bir şəkildə səpələndikləri ərazilər içərisində Azərbaycan da var idi.

Tarixi

Ümumi inkişafı 300px|thumb|left|Şah İsmayıl Xətai Mərv döyüşündə Sufizm Azərbaycan mənəvi həyatında böyük rol oynayıb və bu rol hələ də davam edir. Sufizm Azərbaycanın mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına böyük təsir göstərmişdir. Uzun müddət Azərbaycanda sufizmin ənənəvi forması intellektual-mistik qnostisizm (irfan) idi.Алескерова Н.. Суфизм в Азербайджане // Кавказ и глобализация : журнал. — 2007. — ISSN 1817–7100. Azərbaycan sufi mədəniyyəti fəlsəfə, ədəbiyyat, incəsənət, tarix və digər istiqamətlərdə zəngin bir keçmişə malikdir.

Azərbaycan mühiti sufizm tarixi baxımından münbit bir mühitdir. Bu bölgədən sührəvərdiyyə, əbhəriyyə, zahidilik, xəlvətilik, səfəvilik kimi təriqətlər çıxmışdır. Bu bölgədə yetişən şəxsiyyətlər əxilik və hürufiliyin təmsilçisi olmuşdur. Azərbaycan sufi məktəbləri Səlcuq və Osmanlı Türkiyəsinə dərin bir şəkildə təsir etmiş, dini-ictimai həyatı formalaşdıran vacib bir amil olmuşdur. Hürufilik və ələviliyin qaynaqlandığı Azərbaycan təfəkkür sistemi İran və Anadolunun inanc coğrafiyasını formalaşdırmışdır. Türk təfəkkür həyatına təsir edən təsəvvüf hərəkatları Orta Asiya və Xorasan bölgələrindən başqa, çox miqdarda Azərbaycanın da təsirinə məruz qalmışdır.

Azərbaycan türkcəsi və onun ənənəsi təkcə Anadolu, Mesopotamiya, Suriya, cənubi Aralıq dənizi bölgəsi, Şimali və Cənubi Qafqaz, Orta Asiya ərazilərini əhatə etməmiş, bu gün Avropanın bir hissəsi olan Bosniya və Albaniyaya qədər olan bölgələrə də çatmışdır. Bu linqvistik və mədəni mənzərə çərçivəsində irfan irsinin əhəmiyyətli bir hissəsi Azərbaycan türkcəsində "kristallaşmış", Şah İsmayıl Xətai isə bu irsin görkəmli nümayəndəsi olmuşdur. Bununla belə, bu ənənə zənginliyinə və geniş yayılmış təsirinə baxmayaraq, müasir mühakimələrdə böyük ölçüdə əhəmiyyətsiz göstərilmişdir.

Hikmət, sufizm, nəzəri irfan və ideyalar tarixi daxil olmaqla, İranda fəlsəfə müzakirələrində türk dilində yazılmış, xüsusilə Azərbaycan türkcəsində yazılmış əsərlər müntəzəm olaraq nəzərə alınmır. İstər institutlar çərçivəsində, istərsə də təşkilatların fəaliyyətində bu sistemli etinasızlıq zəngin dil və mədəni irsi əlçatmaz edib, bu bilik və fikir anbarı hələ də istifadə olunmamış qalır.

Erkən türk, monqol və Qaraqoyunlu dövrü Füzuli Bayat qədim türk inancları və sufizm arasındakı əlaqəni belə qiymətləndirir: "Orta Asiya, Azərbaycan, Anadolu və Balkan türkləri İslamı öz içlərindən çıxan və hələ də əski inanclarına bağlı şeyxlərinin vasitəsilə, xalq sufizmi şəklində qəbul etmişlər. Xalq sufiləri, qədim şamanist etiqadları və dini inancları vəhdəti-vücuda söykənən təsəvvüflə birləşdirərək İslam tarixində yeni bir mədəniyyət sintezi meydana gətirdilər və bununla da etnik-mədəni tariximizdə yeni bir səhifə açmış oldular."

Monqol işğalından sonra Çingiz xanın ordusundan qaçan yəsəvi babaları Anadoluya gəlmişdir. Beləliklə, Xorasan, Azərbaycan, Xarəzm, Mavəraünnəhr və digər bölgələrdən olan babalar və dərvişlər öz inanc motivlərini Anadoluya gətirmişdir. Azərbaycana yəsəviliyi ilk dəfə gətirənin isə Əfşar Baba olduğu düşünülür. Övliya Çələbi qeyd edirdi ki, Niyazabad şəhərində Əfşar Babanın təkkəsi və türbəsi var və bu yerlər yüzlərlə insan tərəfindən ziyarət edilir. Övliya Çələbi Əfşar Babanı Əhməd Yəsəvinin xəlifələrindən biri olaraq qeyd edirdi. Deməli, XVII əsrdə Azərbaycanda hələ də yəsəvi təliminin davamçıları var idi, onlar digər sufi icmaların içərisində əriməmişdi. Azərbaycan şairi İmadəddin Nəsiminin Əhməd Yəsəviyə təsir etməsi iddia edilsə də, bu xronoloji olaraq mümkün deyil. Ancaq Nəsimi yəsəvi ədəbiyyatına və dərvişlərinə təsir etmişdir. Bu fikri gücləndirən arqumentlər Nəsiminin Orta Asiyada məşhur olması, Əhməd Yəsəviyə aid edilsə də digər şəxslərin də əsərlərini əhatə edən Divan-i Hikmətdə Nəsiminin iki dəfə qeyd edilməsi, Nəsimi şeirləri ilə Divan-i Hikmət şeirləri arasındakı əlaqədir.

"Kitabi-Dədə Qorqud" dastanında bir çox sufizm ideyasının verilməsi, həmçinin qara donlu dərvişlərdən bəhs edilməsi Azərbaycan təsəvvüfünün tarixi köklərini göstərir. Hürufilik Azərbaycanda yayılmışdır, xüsusilə Qaraqoyunlu hökmdarları Qara Yusif və Cahanşahın hürufiliyə sadiqliyi bu təlimin yayılması üçün münbit şərait yaratmışdır. İmadəddin Nəsiminin əsərləri və onun Anadoluda çoxlu müridinin olması bu regionda hürufiliyinin geniş yayılmasına gətirib çıxartmışdır.Said Öztürk. "Ottoman History: Misperceptions and Truths". — IUR Press, 2011 — p. 136 — ISBN 9090261087 XVII əsrdə Naxçıvan bölgəsini ziyarət edən, Osmanlı səyyahı Övliya Çələbinin verdiyi məlumata görə, Qarabağlar kəndində hürufi və qədiriyyə sufiləri var idi.Юнусов А. С. Ислам в Азербайджане. — Баку: Заман, 2004. — С. 78–79.

Osmanlı, Ağqoyunlu və Səfəvi dövrü 300px|thumb|"Şər varlıqlar əjdahanı ələ keçirir". Məhəmməd Siyah Qələmin sufizmi tənqid edən rəsmi.|right Azəri-türkmən şair, nəqqaş, münşilərlə (bürokrat) birlikdə azəri-türkmən sufi şeyx və qələndərlər də Osmanlıda, uclardaki (kənar vilayətlər) Osmanlı türk mədəniyyətinin formalaşmasında başlıca rol oynamışdır. Bunlar arasında Xoylu Abdal Musa, Şair Nəsimi, Həbibi, Füzuli kimi ustadlar vardır.

İran və Azərbaycanda sufi xəlvətilik ocağı qurulmuşdur. Onun qollarından biri cənub-şərqi Anadolu və ərəb torpaqlarında fəaliyyət göstərən gülşəniyyədir. Gülşəniyyə təriqətinin başçısı Şeyx İbrahim Gülşəni əvvəlcə rövşəniliyin qurucusu Dədə Ömər Rövşəninin məsləhəti ilə xəlvəti-rövşəni sufi ocağına daxil olmuşdur.Emre, Side, "Gulshaniyya", in: Encyclopaedia of Islam, THREE, Edited by: Kate Fleet, Gudrun Krämer, Denis Matringe, John Nawas, Devin J. Stewart. Consulted online on 04 February 2024 <https://referenceworks.brillonline.com/entries/encyclopaedia-of-islam-3/gulshaniyya-COM_27544 > First published online: 2018 Əslən Azərbaycandan olan Dəmirdaş (?-1523) isə kölə olaraq Məmlük Misirinə aparılmış, burada xəlvətilik sufi təriqətinin Qahirə qolunun (dəmirdaşiyyə) əsasını qoymuşdur. Onun başçılıq etdiyi xəlvətilik qolunda şadili sufiliyinin əsas və mötədil təcrübələri, Əndəlus əsilli, məşhur mistik İbn Ərəbinin fəlsəfəsi ilə dərin bağlılıq müşahidə edilir. Dəmirdaşiyyəyə üzv olmaq üçün azı iki il dini məşğələlərdə iştirak etmək tələb edilirdi.McGregor, Richard J., "Damirdāshiyya", in: Encyclopaedia of Islam, THREE, Edited by: Kate Fleet, Gudrun Krämer, Denis Matringe, John Nawas, Devin J. Stewart. Consulted online on 04 February 2024 <https://referenceworks.brillonline.com/entries/encyclopaedia-of-islam-3/damirdashiyya-COM_25976?lang=fr > First published online: 2016