Saloğlu — Azərbaycan Respublikasının Ağstafa rayonunun Saloğlu qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Ağstafa rayonunun Saloğlu qəsəbəsi Köçvəlili kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Saloğlu kənd Soveti yaradılmışdır.
Tarixi Kəndin ərazisində keçmiş Sovet hərbi bazaları yerləşib. 1991-ci ildə Sovet ordusu bu regionu tərk edən zaman dağıdılmış və nəticədə böyük bir ərazi partlamamış hərbi sursatlarla çirklənib. ANAMA təşkilatının həyata keçirdiyi layihə nəticəsində kəndin ərazisi 2011-ci ildə minalardan tam olaraq təmizlənib. Beş ildən artıq bir dövrdə həyata keçirilən Saloğlu layihəsi çərçivəsində 5.683.769 kv.m yerüstü və eyni qədər yeraltı təmizləmə əməliyyatları həyata keçirilib. 640 mindən artıq sursat tapılıb, təhlükəsiz qaydada zərərsizləşdirilib.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ağstafa rayonunun qəsəbələri