Teymur Rəcəbov () — Azərbaycanın aparıcı şahmatçılarından biri, qrosmeyster (2001-dən etibarən), vunderkind. 2022-ci ilin iyul ayının reytinqinə görə Azərbaycan şahmatçıları arasında 2-ci, dünya şahmatçıları arasında isə 40-cıdır.
O 2001-ci ilin martında, 14 yaşında qrosmeyster adını qazanmaqla dünya şahmat tarixinin 2-ci ən gənc qrosmeysteri oldu. 2003-cü ildə Linares turnirində ovaxtkı dünya 1-cisi Harri Kasparovu məğlub etdikdən sonra dünya 1-cisini məğlub edən ən gənc şahmatçı kimi dünya şahmat gündəminə düşdü. Ardınca, eyni ildə keçmiş dünya çempionları Vişvanatan Anand və Ruslan Ponomaryov üzərində qələbələr qazandı. Bu nəticə ilə birlikdə isə Rəcəbov 1 ildə üç FİDE dünya çempionunu məğlub edən yeganə şahmat ustası hesab edilir. Bundan sonra da o, elit şahmatçı olmaq üçün özünü inkişaf etdirdi. Nəhayət, 2012-ci ilin noyabrında əldə etdiyi maksimum reytinq olan 2793 reytinqi ilə dünya şahmatçılar cədvəlində 4-cü sıraya qalxdı.
2011 və 2013-cü illərdə iki dəfə Namizədlər Turnirində mübarizə aparmış və 2020 Dünya Şahmat Çempionatına vəsiqə qazanmışdır. 2009, 2013 və 2017-ci illərdə Azərbaycan komandası ilə birlikdə Şahmat üzrə Milli Komandaların Avropa çempionatının qalibi olmuşdur. Onun əsas fərdi uğurları arasında 2007-ci ildə Veyk-an-Zee turnirini, 2008-ci ildə Elista Qran Prisini, 2017 Cenevrə Qran Prisini və ən son 2019-cu ildə Dünya Şahmat Kubokunu qazanması yer alır.
Şəxsi həyatı Teymur Rəcəbov 12 mart 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. Harri Kasparov ilə eyni şahmat məktəbində təhsil alan yəhudi əsilli atası Boris Şeynin neft-qaz mühəndisi, anası Leyla Rəcəbova isə ingilis dili müəlliməsidir.Leonard Barden (25 February 2003):Kasparov defeated by 15-year-old prodigy The Guardian. Retrieved 23 August 2013. O, atasının məşqçiliyi ilə 3 yaşında şahmat oynamağı öyrəndi. Bakıdakı 160 nömrəli orta məktəbdə oxudu. 2006-cı ilin mayında o, UNİCEF-in Azərbaycan üzrə Milli xoşməramlı səfiri təyin edildi.Teimour Radjabov Meets Jean-Paul Belmondo . Chessdom.com 2010-08-31. Retrieved 2012-06-24.
Teymur Rəcəbov 2011-ci ilin oktyabr ayında SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızı Elnarə Nəsirli ilə ailə qurub. 2013-cü ildə onların onların Məryəm adlı bir qız övladı dünyaya gəlib. 2022-ci il yanvar ayında Teymur Rəcəbov RSFSR Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə evlənib.
Karyerası
1998 1998-ci ildə Kasparov Kubokunun qalibi olmuşdur.
1999 Yunanıstanda baş tutan 18 yaşa qədər gənclər arasında Avropa Çempionatının ən gənc iştirakçısı olan Teymur özündən 6 yaş böyük olan israilli şahmatçı Evgeni Postninin 2-ci olduğu bu turnirin qalibi ola bilmişdi.2005 , 2006 , 2007
2000 Budapeşt Şahmat Turnirində birinci yerə çıxmışdır.
2001 Hələ 13 yaşında ikən 2483 reytinqli Rəcəbov Veyk-an-Zee turnirinin B sinfini +6−2 = 3 hesabı ilə ikinci pillədə başa vurdu. İlk sıradakı 2694 reytinqli Mixail Qureviç Teymurdan sadəcə 0,5 xal irəlidəydi və bu nəticəylə Veyk-an-Zee turniri A sinfinin gələn ilki müsabiqəsində iştirak etməyə layiq oldu.
2002 Teymur Rəcəbov Yudit Polqardan sonra FİDE-nin Top 100 oyunçusu siyahısına daxil olmuş ikinci ən gənc oyunçudur. 2599 reytinqi ilə 2002-ci ilin yanvarında 14 yaşında ikən dünyada 93-cü sıradaydı. İyunda FİDE Moskva Qran Prisində sürətli oyunda İvançuk, Svidler, Belyavski və Akopyanu məğlub etsə də, finalda Kasparova ½–1½ hesabı ilə məğlub oldu.FIDE Moscow Grand Prix Moscow World Chess Grand Prix 2002. ChessBase.com. Retrieved on 2012-06-23.
2003 2003-cü ildə qara fiqurlarla 3 köhnə dünya şahmat çempionunu-Qarri Kasparov, Vişvanatan Anand, and Ruslan Ponomariovı məğlub edən Teymur tarixdə bunu bir il içində edən ilk şahmatçı oldu. Eynisini Hikaru Nakamura 2011-ci ildə Ponomariov, Anand and Vladimir Kramniki məğlub edərək təkrarladı.
Racəbovun Ponomariov üzərində qələbəsi Veyk-an-Zee turniridə gəldi və buradakı xalı + 3−3 = 7 olaraq hesablandı.Vishy wins Wijk . Chessbase.com 2003-01-27. Retrieved 28 December 2015. Anandla isə Dortmundda qarşı qarşıya gəldi və burada turniri +2−2 = 6 ilə tamamladı.Dortmund Round 10: Viorel Bologan sole winner . Chessbase.com 2003-08-13. Retrieved 28 December 2015. Linaresdə Kasparov üzərində qazanılan qələbə Rəcəbovun + 1−4 = 7 xalla bitirdiyi turnirdəki yeganə qələbəsi idi.A Black Day in Linares! Radjabov Defeats Kasparov . Chessbase.com 2003-02-23. Retrieved 28 December 2015.Kramnik–Leko, Anand–Kasparov Drawn. Leko Takes Title . Chessbase.com 2003-03-09. Retrieved 28 December 2015. Kasparov Rəcəbov məğlubiyyətindən öncə 5 turnir idi ki, məğlub olmurdu. Ağ rəngli daşlarla isə o, 7 il məğlubiyyət üzü görməmişdi və bu məğlubiyyətdən sonra da heç vaxt görməyəcəkdi. 2005-ci ildə verdiyi bir müsahibədə Teymur Rəcəbov Kasparovun Linares 2003-də məğlubiyyətindən sonra öz nüfuzundan onun top turnirlərə dəvət olunmaması üçün istifadə etdiyini iddia etdi.Radjabov: Kasparov is obstructing my career . Chessbase.com 2005-01-05. Retrieved 28 December 2015.
2004 200px|right|thumb|2004-cü il. Teymur Rəcəbov Rəcəbov + 2−2 = 8 xalla bitirdiyi Linaresdə Qarri Kasparova qarşı iki heç-heçə edərək qalib Vladimir Kramnikdən bir xal gerisində Veselin Topalov ilə dördüncü yeri bölüşdü.Linares 14: Vallejo holds Kasparov; Kramnik clear first . Chessbase.com 2004-03-08. Retrieved 28 December 2015. FİDE Dünya Şahmat Çempionatında 2004-cü ildə yarı finala yüksəldi (bürünc medal qazandı).
2005 Rəcəbov aprel ayında Drev və Azmayparaşvilini qabaqlayaraq Dos Hermanas kubokunu qazandı. İlin sonunda o, Karyakin, İvançuk və Aronyanın birlikdə üçüncü-beşinci yerləri bölüşdüyü Avropa çempionatını Nisipeanun arxasında ikinci olaraq tamamladı.Liviu-Dieter Nisipeanu new European Champion . Chessbase.com 2005-07-02. Retrieved on 28 December 2015.
2006 Fevralın 22-də Rəcəbov FİDE Dünya çempionu Veselin Topalovu (2801) qara daşlarla məğlub etdiMorelia R4: Topalov implodes, Svidler and Leko skyrocket . Chessbase.com 2006-02-23. Retrieved on 2012-06-24. və turniri + 4−2 = 8 hesabı ilə bitirərək Linares / Moreliada ikinci yeri tutdu.Chess News – Linares R14: Levon Aronian wins Morelia/Linares Super-GM . ChessBase.com 2006-03-11. Retrieved on 28 December 2015.
Noyabr ayında Rəcəbov Cap d'Agde rapid turnirinin qalibi oldu. Dörddəbir və yarımfinalda Volokitin və Bakrota qarşı qalib gəldi və yarımfinalda Maqnus Karlseni məğlub edən Sergey Karyakini finalda məğlub etdi:1½–½.
Dekabr ayında Florensiyada (Toskana, İtaliya) Yaradıcılıq Festivalı zamanı Rəcəbov Turin Dünya Kompüter Şahmat Çempionatını qazanan şahmat maşını Dərin Cuniyora qarşı rapid oyunda məğlub oldu.
2007 right|300px|thumb|2007-ci il Şahmat üzrə Milli Komandaların Avropa çempionatısoldan sağa:Vüqar Həşimov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov Yanvar ayında Rəcəbov Veyk-an-Zee turnirinin 19 nömrəli kateqoriyasında Veselin Topalov və Levon Aronyan ilə birlikdə, Kramnik və Anandı qabaqlayaraq birinci yeri bölüşdü. Turnirdə o, beş qələbə, bir məğlubiyyət və yeddi heç-heçə etdi.Corus Chess 2007 – Report of round 13 . Tata_Steel_Chess_Tournament. Retrieved on 2012-06-23.
Eyni ildə kişilər üzrə Azərbaycan komandası ilə birlikdə Şahmat üzrə Milli Komandaların Avropa çempionatında bürünc medal qazandı.
Rəcəbov, həmçinin, 2007-ci ildə Linares turnirində oynamalı idi, lakin Meksikada bəzi əşyalarının qarət edilməsi səbəbiylə turniri tərk etdi. Onun yerinə Vasili İvançuk müsabiqədə iştirak etdi.
2008 Yanvar ayında Rəcəbov Odessada ACP Rapid Kubokunun finalında Qrischuku 2½-1½ hesabı ilə məğlub edərək turnirin qalibi oldu.Radjabov wins ACP World Rapid Cup in Odessa . Chessbase.com 2008-01-08. Retrieved 28 December 2015. Elə həmin ay o, Veyk-an-Zee turnirində Dünya çempionu Vişvanatan Anandı məğlub edərək üçüncülüyü onunla bölüşdü (+ 3−1 = 9).Wijk R13: Aronian, Carlsen win Wijk aan Zee 2008 . Chessbase.com 2008-01-27. Retrieved 28 December 2015. Rəcəbov Linaresdə orta sıraları(+ 2−2 = 8)Linares R14: All games drawn, Anand wins Super-GM . Chessbase.com 2008-03-07. Retrieved 28 December 2015., Bakıda məğlubiyyəti (+ 2−3 = 8)Baku R13: Gashimov, Wang and Carlsen win Grand Prix . Chessbase.com 2008-05-05. Retrieved 28 December 2015., Sofiyada isə İvançuk və Topalovun arxasınca üçüncülüyü aldı(+2−1=7)MTel R10: Ivanchuk wins Sofia by 1½ points . Chessbase.com 2008-05-18. Retrieved 28 December 2015.. Avqustda Soçidə Aronyanın gerisində turniri ikinci(+ 5−2 = 6)Sochi R13: Aronian wins Second FIDE Grand Prix . Chessbase.com 2008-08-14. Retrieved 28 December 2015. olaraq və Elistada isə birinciliyi bölüşərək(+ 4−1 =8) çox aktiv bir turnir ili keçirdi.Elista R13: Eljanov beats Inarkiev, all other games drawn . Chessbase.com 2008-12-28. Retrieved 28 December 2015.
2009 Veyk-an Zeedə qalib Sergey Karyakinin 0,5 xal gerisində Movsesyan və Aronyan ilə birlikdə ikinci yeri bölüşdü.Wijk R13: Sergey Karjakin wins Wijk aan Zee 2009 . Chessbase.com 2009-02-01. Retrieved 28 December 2015. Aroniyana qarşı turnirdə yeganə qələbəsini qazandıqdan sonra Linaresi beşinci pillədə bitirdi,Linares R14: All games drawn, Grischuk wins on tiebreak . Chessbase.com 2009-03-07. Retrieved 28 December 2015. iyun ayında Baznadakı turnirdə, sadəcə, Qata Kamskiyə qarşı bir dəfə qalib gəlsə də, turnir boyunca məğlub olmadı.Bazna R10: Ivanchuk wins with a full point lead . Chessbase.com 2009-06-26. Retrieved 28 December 2015. Oktyabr ayında Rəcəbov Novi Sadda keçirilən Avropa Şahmat Çempionatında Azərbaycan komandasının qızıl medal qazanmasında böyük rol oynadı.Сборная Азербайджана стала чемпионом Европы по шахматам
2010 Rəcəbov may ayında Həştərxanda ikinci yeri bölüşdü, 2008–2010 FIDE Qran Prisində ikinci yeri qoruyaraq 2012 Dünya Şahmat Çempionatı namizədlər turnirinə vəsiqə qazandı.GP in Astrakhan: Eljanov wins by a full point . Chessbase.com 2010-05-25. Retrieved 28 December 2015. Növbəti ay Baznada Rəcəbov fərdi oyunlarında Boris Gelfandı məğlub etdikdən sonra onunla ikinci yeri bölüşdü.Medias R10: Magnus Carlsen wins with two-point lead Chessbase.com 2010-06-25. Retrieved 2012-06-24. Rəcəbov 24/38 ilə Dünya Blitz Çempionatını ikinci pillədə bitirdi.Aronian wins World Blitz Championship . Chessbase.com. Retrieved 28 December 2015.
2011 Kazandakı Namizədlərinin dörddəbir finalında, şahmat saatı ilə əlaqəli mübahisəli bir hadisədən sonra, Teymur Rəcəbov Vladimir Kramnikə məğlub oldu.FIDE Candidates R1 Tiebreak: Aronian out; Kramnik saved by the clock! , Chessbase, May 9, 2011
Rəcəbov 7 oktyabrda Avropa Şahmat Kuboku Çempionatında birinci lövhə kimi oynayaraq, 3019 xallıq möhtəşəm performansla SOCAR komandasına ikincilik gətirdi. Bir müddət sonra, elə həmin ay Porto Karrasda keçirilən Şahmat üzrə Avropa Komanda Çempionatında Azərbaycan komandasına gümüş medallar qazandırdı. Noyabrda 2781 xallıq nəticə ilə yeni zirvəyə çatdı.
2012 190px|thumb|Teymur Rəcəbov. 2012-ci il