Qozluçay döyüşü — Səfəvi-Osmanlı müharibələri zamanı Qozluçay sahilində vuruşma. Osmanlıların zəbt etdiyi Qarabağı geri qaytarmağa çalışan I Şah Abbas Hüseyn xan Ziyadoğlu-Qacarı qoşunla 1604-cü ildə Qarabağa göndərmişdir. Araz çayını keçən Hüseyn xan Qacarın qoşunu Qozluçayın sahilində düşərgə salmışdır. Gəncə bəylərbəyi Davud paşanın 7 min nəfərlik qoşununa qarşı döyüşdə məğlub edilən Hüseyn xan geri çəkilməyə məcbur olmuşdur.

Həmçinin bax Qozluçay

İstinadlar

Kateqoriya:1604-cü ildə Azərbaycan Kateqoriya:1604-cü ildəki hadisələr Kateqoriya:Qarabağ tarixi