Draqunov snayper tüfəngi — Draqunovun 7.62 mm-lik snayper tüfəngi. Peyda olan, hərəkət edən, gizlənmiş tək hədəfləri məhv etmək üçün hazırlanmışdır. Tüfəng snayperin ştat silahıdır. Qarabag müharibəsində geniş istifadə olunmuşdur.

Silahdan atəş açmaq üçün adi, trasser, zirehdeşən-yandırıcı və snayper güllələrindən istifadə olunur. Atəş tək-tək açılır. Optik nişangah gecə infraqırmızı obyektlərə və pis görünən hədəflərə atəş açmaq üçün nəzərdə tutulub. Bundan əlavə gündüz hədəfi məhv etmək üçün də istifadə olunur. Gecə infraqırmızı obyektlərin şüaları nişangaha düşərək yaşıl rəngli işıqlı ləkə kimi görünür ki, bununla da həmin obyekti dəqiq nişan almaq olur.

Xarakteristikası Atəş uzaqlığı — 1300 m., açıq nişangahla 1200 m. Kalibr — 7.62. Güllənin öldürücü gücünü saxlaması — 3800 m. Çəkisi bıçaq, optik nişangah və doldurulmamış halda — 4.3 kq. Xəzinənin (maqazinin) tutumu — 10 ədəd. Hədəfin optik böyüdülməsi — 4 dəfə.

7.62 mm-lik Draqunov snayper tüfəngi (SVD).

İstehsalçı ölkə: /

İstehsalçı firma: İjmaş

Növü: snayper tüfəngi

İstehsal tarixi: 1963 – davam edir

İstismar tarixi: 1963 – günümüzə

Boş olarkən ağırlığı: 4.3 kq

Dolu olarkən ağırlığı: 4.55 kq

Uzunluğu: 1225 mm

Açıq qundaq və birləşdirilmiş süngü bıçaqla birlikdə uzunluğu: 1370 mm

Yığılmış qundaqla birlikdə uzunluğu: 875 mm

Lülənin uzunluğu: 615 mm

Eni: 88 mm

Hündürlüyü: 230 mm

Lülənin kalibri — 7.62 mm

Giliz: 7,62×54 mm R

Atış tipi: Qaz dövriyyəsi

Nişangah məsafəsi – 1200 metr

Optik nişangahla: 1300 metr

Təsirli atəş məsafəsi – 800 metr

Güllənin zədələyici təsir məsafəsi – 3800 metr

Güllənin başlanğıc sürəti – 830 metr\saniyə

Atəş tezliyi – 30 atəş\dəqiqədə

Atəş rejimi – tək-tək

Daraqın tutumu – 10 ədəd

Nişangah – nizamlana bilən adi nişangah

Optik nişangahlar: PSO-1; 1PN51; 1PN58

Dizaynı Draqunov tüfəngi qaz-piston sisteminə malikdir. Maqazini 10 güllə saxlaya bilir. 7.62 mm ölçüsündə olan istənilən gülləni Draqunovda istifadə etmək mümkündür.

İstifadəçilər

: SVD-M modernizasiya variantı istifadə olunur. : Jandarm və Polis xüsusi təyinatlıları tərəfindən istifadə olunur. : 1000-dən çox snayper tüfəngi 2007-ci ildə alınıb.

: Norinco şirkəti tərəfindən Draqunovun oxşarı olan Type 79 istehsal olunur.

: Yerli imkanlarla modernizasiya olunmuş SWD-M istifadə olunur. : 7.62 TKIV Draqunov kimi tanınır. : Qara Qartal taboru tərəfindən istifadə olunur.

Həmçinin bax Snayper Snayper tüfəngi İstiqlal snayper tüfəngi JNG-90

İstinadlar

Kateqoriya:SSRİ snayper tüfəngləri Kateqoriya:1963-cü ildə SSRİ-də yarananlar