Göbəktala — Azərbaycan Respublikasının İmişli rayonunun Göbəktala kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Göbəktala kəndi Rəsullu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Göbəktala kənd Soveti yaradılmışdır.

Əhalisi Kənd əhalisinin sayı 1431 nəfərdir ki, onun da 729 nəfəri kişi, 702 nəfəri isə qadındır.

Din Kənddə "Həzrəti Əbülfəz" məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR — 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Həmçinin bax

Kateqoriya:İmişli rayonunun kəndləri