thumb|265px Qafqaz — Asiya və Avropa qitəsinin kəsişməsində yerləşən coğrafi region.

Qafqazın şərq sərhəddinin Xəzər dənizi, qərbinin isə Qara dəniz olduğu qəbul edilir ancaq şimali və cənubi sərhədləri haqqında konsensus yoxdur. Şimalda fiziki-coğrafi sərhəd Kuma-Manıç çökəkliyi, hazırkı inzibati bölgüyə görə isə Krasnodar və Stavropol vilayətlərinin və Dağıstanın şimal sərhədləri hesab edilir. Bəzən Qafqaza şərti olaraq Kalmıkiya da deyilir

Şimali Qafqazın böyük hissəsinin tarixi-etnoqrafik olaraq rus çöllərinə və Aşağı Volqaboyuna daha yaxın olduğu nəzərə alındıqda isə Qafqazın şimal sərhəddini Kuban çayı boyunca, Kuma, Malke və Tereka təpərindən keçirmək olar. Beləliklə Krasnodar vilayətinin cənubu, Adıgey, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Şimali Osetiya, İnquşetiya, Çeçenistan və Dağıstanın böyük bir bölümü bu bölgəyə daxil olur.

Cənub sərhədlərini siyasi olaraq Azərbaycan, Ermənistan və Gürcüstan ilə İran və Türkiyənin sərhədləri təşkil edir.

Etimologiya Roma tarixçisi Qay Yuli Solin özünün "Dünya möcüzələri haqqında" əsərində yazır ki, skiflər Qafqaz dağlarını "Kroukas" adlandırır və bu, skifcə "qardan ağaran" deməkdir. "Kroukas" sözü türk dillərində belə açıqlana bilər: "kar" (qar)+ "kaS / kaD" (qaya, dağ).

Asiya ilə Avropanın birləşdirən Qafqaz rus yazıçılarının Tolstoy, Puşkin və Dostoyevskinin əsərlərində heyranlıqla qeyd etdikləri, ərəb coğrafiyaşünaslarının isə dillər dağı mənasını verən Cebel-Ül Elsan adlandırdıqları coğrafi bölgənin adıdır. Qafqazın strateji əhəmiyyəti və geosiyasi mövqeyi onu dünyanın ən çox diqqət çəkən regionlarından birinə çevirmişdir. Qafqaz sözü antik yunan mütəfəkkiri Esxilin e.ə. 472–458-ci illər arasında yazıldığı güman edilən "Zəncirlənmiş Prometey" əsərində çəkilmişdir. Əsərin iki fərqli hissəsində Qafqaz adı qeyd olunmuşdur. Bu adın mənasını isə müəllif Qara dənizin cənubunda yerləşən "ən yüksək dağlar" şəklində izah etmişdir.Çev. A. Erhat-S. Eyüpoğlu, Türkiye İşbankası Yayınları, İstanbul 2015 Yunan müəllifi Herodot "Tarix" əsərində "Atlı tayfaların sivilizasiyası"nın mühüm halqasını təşkil edən kimmerlər və skiflər haqqında məlumat verərkən Qafqaz adından dəfələrlə istifadə etmişdir. Əsərdən məlum olur ki, Herodot Qafqaz adını dağ və bölgə adı kimi işlədir, skiflərin Midiyaya basqınlarından bəhs edərkən Kaspi/Xəzər dənizinin qərbindəki dağların ən uzunu və ən hündürünün Qafqaz olmasını, Şimali Qafqazın müxtəlif dillərin və dialektlərin danışıldığı coğrafiya olması səbəbindən "Mədəniyyətlər mozaikası", "Mədəniyyətlər dağı", "Dillər dağı" kimi də tanınmasını vurğulayır.Herodotos, Tarih I, s.164, no: 104, III, s. 261 no: 97, IV, s.299, no: 12. "Qafqaz" termininin ilk dəfə 479-cu ildə Dağıstanın yerli sakinləri tərəfindən istifadə edilməsi, Dağıstanda Qafqaz adlı kəndin olması barədə də məlumatlar vardır. Qədim ərəb coğrafiyaşünasları tərəfindən "Cebelü'l-Elsan/Diller dağı" da adlandırılmışdır. Firdovsinin "Şahnamə"sində bölgənin adı "Kuhe kâf" şəklində çəkilmişdir. Qafqaz xalqlarından olan ləzgilər Qafqaz adını "kasların dağı" şəklində izah etmişlər. Övliya Çələbi "Səyahətnamə"sinin VII cildində Qafqaz dağları haqqında aşağıdakı maraqlı məlumatlar vermişdir:"Bərzi tayfası bu yüksək dağın ətəyində yaşadığı üçün fars tarixçiləri bu böyük dağa Bərzi dağı (Küh-Əl Bərz və ya Elbrus dağı) deyirlər. Ərəb dilində dağların atası mənasını verən Əbü'l-Cibal mənasını verir. Bu, aləmləri yaradan Allahın qeyd etdiyi Kaf dağıdır".Prof., dr. R. Özey Kafkasya ve Kafkas ülkeleri coğrafyası. 2021, 359s.

Coğrafiyası Qafqazın müasir ərazisi 440.4 min km² təşkil edir. Əhalisi 30 mln. nəfərdir. Regiona Cənubi Qafqazın 3 dövləti (Gürcüstan, Azərbaycan, Ermənistan) Rusiya Federasiyasının (RF) 2 diyarı (Krasnodar, Stavrapol) və 7 respublikası (Adıgey, Dağıstan, İnquşetiya, Çeçenistan (İçgeriya) Kabardin-Balkar, Qaraçay-Çərkəz, Şm. Osetiya (Alanya) daxildir. Qafqaz Qara, Xəzər dənizləri arasında yerləşir. Onun sərhədləri şimalda Kuma-Manıç çökəyi, cənubda İran və Türkiyə ilə sərhədlənir. Qərbdən-şərqə və şimaldan-cənuba gedən qədim ticarət yolları və müasir TRASEKA (İpək yolu) Şimal-Cənub dəhlizi məhz Qafqazdan keçir.

Qafqazın fiziki-coğrafi mövqeyi Fiziki-coğrafi bölgüyə görə Asiyaya aid edilir, lakin burada yerləşən ölkələr Avropanı seçim etmişlər və onun qurumlarına daxil edilmişdir. Qafqaz mülayim və subtropik enliklərin təmas zonasında yerləşir.

İqtisadi-coğrafi mövqeyi Dünyanın iqtisadi xəritədə tutuduğu mövqeyə deyilir. Daha geniş mənada bu regiondan kənarda yerləşən, onun inkişafına təsirə görə olan mövqedir. Burada Qara dəniz vasitəsilə dünya okeanına çıxmaq Avropaya yaxın yerləşmək, Xəzər dənizi vasitəsilə şimala və qərbə çıxışları vardır. Qafqazın iqtisadi-coğrafi mövqeyinə görə Şimali Qafqazla Cənubi Qafqaz arasında fərqlər vardır. RF ucqar cənubunda yerləşir. Qara, Azov və Xəzər dənizi ilə əhatələnməsi ona həm dünya yollarına çıxmağa, Volqa-Don kanalı vasitəsilə Avropa əlaqəsi təmin olunur. Xəzər dənizi vasitəsilə İran və Yaxın Şərqə çıxışını təmin edir. Onun sərhədləri Mahaçqala, Qara dənizdə Norosiyyat Tuapse limanları vardır. Cənubi Qafqazdan Rusiya və Şərqi Avropaya çıxan yolları üzərində yerləşir. Cənubda Gürcüstan və Azərbaycanla sərhədlənir.

İqlimi Mülayim və subtropik enliklərin təsiri altında formalaşır. Qafqazın qərb hissəsi çox yağıntı alır. Ən çox yağıntı Qafqazın Qara dənizə baxan yamacları alır. Batumi, Quqarın ən çox yağıntı alan ərazilərdir . Ən az yağıntını isə Qafqazın şərq bölgələri alır.

Torpaq örtüyü Şaquli qurşaqlıq üzrə Qafqazın əsas torpaq tipləri dağ-çimli, dağ- çəmən, dağ-podzol, podzollaşmış qonur, qonur meşə, boz-meşə, qəhvəyi, boz-qəhvəyi, dağ-qara, rütubətli yerlərdə sarı və qırmızı torpaqlardır. Çimli dağ-çəmən torpaqlar alp çəmənlikləri altında formalaşmışlar. Bu torpaqla- "A" horizontunun qalınlığı 10–15 sm-dir. Rəngi tünd qəhvəyi olub, yarım torflaşmış şəkildədir. Keçid qat olan B/ horizontu qonur — qəhvəyi rəngdədir və qalınlığı 20 sm-dir. Bu torpaqlarda humus yüksək olub, 28%-ə çatır.

Dağ-çəmən torpaqlar subalp çəmənliklər üçün xarakterik torpaqlardır. Çürüntü qatının qalınlığı (A+B) çox deyil. Adətən bu qalınlıq 30–40 sm təşkil edir. Bəzən onun qalınlığı 60–70 sm-ə çatır. Rəngi boz-qəhvəyi və yaxud qonur-qara; yuxarı çürüntülü qat yarım torflaşmış halda rütubətlilik çox olan yerlərdə tam torflaşmışdır. Qaratorpağa bənzər torpaqlarda ana süxur əsasən karbonatlıdır. Dağ podzol torpaqlar iynəyarpaq meşələr altında əmələ gəlir. Qonur meşə torpaqlarının fısdıq meşələri altında "A" horizontunun qalınlığı 15–20 sm, qonur-qəhvəyi, qozvarı, çoxlu yağış qurdları var, keçid tədricidir. "B" horizontunun qalınlığı 60–80 sm (A+B=100 sm ə kimi), çox açıq, qonuru, qozvarı. "C" horizontu adətən karbonatlıdır.

Humusun miqdarı "A" horizontunda 8–12 %-dir. Podzollaşmış qonur torpaqlar əsasən iynəyarpaqlı meşələr altında formalaşır. Bu torpaqların alluvial və illüvial horizontları aydın ifadə olunmuşdur.

Boz meşə torpaqları Şimali Qafqazın ön dağlığında palıd meşələri altında formalaşmışdır.

Bitki örtüyü Qafqazın orta dağlıq ərazisi olan 200–500m hündürlükdə enliyarpaq və iynəyarpaq meşələr üstünlük təşkil edir. Azərbaycanda onlar bütün meşələrin 98%-ni, Ermənistanda 93%, Gürcüstanda 83% təşkil edir. Azərbaycanın Göygöl ətrafında şam meşəliklərinə rast gəlinir. Qafqazda torpaqlar şaquli zonalar üzrə yerləşir . Düzənlik ərazilər boz torpaqlarla örtülmüşdü. Qafqazın düzən əraziləri Kolxida ovalığı istisna olmaqla quru subtropik bitkilər yayılmışdır. Çöl və yarımsəhralarında (Şərqi Qafqazın düzənlikləri) qış otlaqları kimi istifadə olunur. Buralarda qoyunçuluq inkişaf etmişdir. Rütubətli subtropik zonalara Kolxida və Lənkəran ovalıqları daxildir. Burada sarı torpaqlar yayılmış, çayçılıq və subtropik meyvəçilik inkişaf etdirilir. Qara dəniz Qafqaz regionunun qərbində yerləşir, dünya okeanı ilə Bosforbogazı vasitəsilə birləşir. Sahəsi 422 min km², sahil xətlərini uzunluğu 4340 kmdır. Qafqazın iki ölkəsi Gürcüstan və Rusiyanın cənubu Qara dənizə çıxışı vardır. Qara dənizdə Gürcüstanın Batumi, Poti və Suxumi limanaları yerləşir. (bu limanlar hazırda Rusiyanın nəzarəti altındadır.) Gürcüstanın Qara dəniz sahillərində Azərbaycanın Kulevo neft terminalı fəaliyyət göstərir. Rusiyanın Qara dəniz sahillərində ən böyük limanı Novorossirskdır. Azərbaycan bu limanla neft ixrac edir (Bakı-Novorossirsk neft kəməri). Hazırda Qara dəniz sahili ölkələrini əhatə edən Qara dəniz birliyi yaradılmışdır. Azərbaycan da bu birliyin tərkibinə daxildir. Birlik ölkələri dənizin ekologiyasını qoruyur, ticarət əlaqələrini həyata keçirirlər. Dənizin sahillərində su heç vaxt donmur. Çimərlik və kurort turizmdə geniş istifadə olunur . Qara dəniz TRASEKA magistral nəqliyyatının Avropaya çıxışını təmin edir. Xəzər dənizi Asiyanın qərbində yerləşir və Qafqazı Qazaxıstan və Mərkəzi Asiyadan ayırır. O, nəhəng axarsız göldür . Xəzər dənizinin adı Qafqazın şərqində yaşamış və "Xəzərlər" adlanan qədim tayfanın adından götürülmüşdür. Xəzər dənizi 374 min km², sahil xəttinin uzunluğu 7 min km-dir. İqlimi sərt kontinentaldır. Qışda şimal hissəsi 2–3 aya donur. Xəzərin ətrafında 5 dövlət yerləşir;Azərbaycan, RF,İran, Türkmənistan və Qazaxıstan . Xəzərin bölgüsü başa çatdırılmayıb. Rusiya, Qazaxıstan və Azərbaycan öz aralarında dənizin dibi ilə keçirilən sərhədlərini müəyyənləşdiriblər . Lakin Türkmənistan və İranla Azərbaycan arasında dənizin bölgüsü həyata keçirilməyibdir. Bu da müəyyən ziddiyyətlər yaradır, xüsusilə neft yataqlarının istismarında. Xəzər dənizinin Azərbaycan sahillərinin uzunluğu 825 km təşkil edir. Xəzər dənizi qiymətli ağ balıq növləri ilə zəngindir — nərə balığı, kütüm, qızıl balıq. Xəzər dənizi qara kürü, qurubalıq istehsalı və balıq konservlərinə görə dünyada məşhurdur. Xəzər dənizi xüsusilə neft-qaz ehtiyatları ilə zəngindir . Xüsusilə, Azərbaycan, Qazaxıstan və Türkmənistanın sahil zonaları özünün neftli qazlı olması ilə fərqlənirlər. Xəzər dəniz nəqliyatı inkişaf edib. Azərbaycan Xəzər, Volqa-Don kanalı vasitəsilə dünya okeanına çıxır. Azərbaycanın Xəzərdə ən böyük limanı Bakıdır. Türkmənistanın Türkmənbaşı, Bektaş, Qazaxıstanın Aktau, Rusiyanın Həştərxan, Mahaçqala, İranın-Ənzəli limanları Xəzər dənizi qarşısında duran əsas məsələlər:

1)səviyyəsi tez-tez tərəddüd edir, çətinlik yaradır

2)ekoloji problemi isə neft-qaz çıxarılması və çaylar vasitəsilə Rusiyadan çoxlu çirkli suların axıdılmasıdır.

3)Qafqazın ekoloji vəziyyətinin qorunması. Kürün və Araz çaylarının çox çirklənməsi

4) Təbii fəlakət hadisələrinin geniş yayılması, zəlzələr, daşqınlar, sürüşmələr, doluvurma

Əhalisi Qafqazın əhalisi 30.2 milyon nəfərdir . Bu əhalinin 55% C. Qafqazda, 45% Ş. Qafqazda yaşayır. Qafqaz əhalisinin milli tərkibi ən mürəkkəb olan regiondur. Asiya ilə Avropa arasında keçid yeri olan Qafqazdan çox sayda xalqlar keçmişlər. Onların güclü olanları burada qədim dövlətlər yaratmışlar. Qafqazın dağlıq relyefi insanların gediş-gəlişinə çətinlik törətmişdir. Ona görə də qapalı dərələr və dağarası çökəkliklərdə xırda etnik qruplar yaratmışdır. Hazırda Qafqazın ərazisində 50-dən çox müxtəlif xalq yaşayır. Nisbətən Kiçik Qafqaz regionunda dörd dövlət Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya Federasiyasının cənubu yerləşir . Bunlardan əlavə Qafqazın cənub hissəsində Naxçıvan MR, Acarıstan və Abxaziya MR və Cənubi Qafqazda isə qeyd olunduğu kimi 7 milli inzibati bölgü vardır. Qafqazın xalqlarının çoxu dörd dil ailəsinə aiddirlər :

1) Şimali Qafqaz etnik qrupu,

2) Kartveli,

3) Hind-Avropa,

4) Altay