Cürhüm () və ya Bənu Cürhüm () — qəhtanilərə mənsub qədim qəbilə.
Onlar haqqında etibarlı məlumatlar demək olar ki, yoxdur.
Mənşəyi və tarixi Cürhümün Ana Vətəni Yəmən olsa da, müxtəlif səbəblərdən Məkkəyə köç etmiş və buranın əsas qəbilələrindən birinə çevrilmişlər.
Rəvayətə görə, İsmayıl öz anası Həcərlə Məkkəyə gəldikdə Cürhüm qəbiləsi Məkkədə idi. İsmayıl onların nüfuzlu şəxslərindən biri ilə evlənmiş və cürhümlülər hənifliyi mənimsəmişlər.
İsmayıldan bir nəsil sonra Məkkədə hakimiyyəti ələ alan Cürhüm, hənif dininin qaydalarını pozaraq zəvvarlara zorakılıq edib, Kəbəyə hörmətsizlik etdilər. Rəvayətə görə bunun müqabilində ilahi əzaba düçar oldular: Tanrı onları burun qanaxması və həşaratların hücumu ilə cəzalandırdı.
Onlar bölgəyə gələn Xuzaa və Kinanə qəbilələrinin Məkkəyə hücum etmələri səbəbi ilə şəhəri tərk etmək məcburiyyətində qaldılar. Cürhüm qəbiləsi şəhərdən çıxıb gedərkən Kəbədəki Qara daşı yerindən çıxarıb gizlətdilər və Zəm-zəm quyusu bağlayıb üzərini örtdülər. Rəvayətə görə, öz vətənləri tərəfə gedərkən sel fəlakəti nəticəsində tarixdən silindilər.
Mənbələrdə onların gizlətdiyi Zəmzəm quyusunu sonradan Əbdülmüttalib aşkarladığı qeyd olunur.
İstinadlar
Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:Ərəblər Kateqoriya:Qəhtanilər Kateqoriya:Yəmən tarixi