Əliquzu Muxtar oğlu Abdullayev () — Azərbaycan kənd təsərrüfatı qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1955).
Həyatı 10 mart 1928-ci ildə Şəmkir rayonunun Təzəkənd kəndində anadan olmuşdur.
1940-cı ildən Şəmkir rayonundakı Əzizbəyov adına üzümçülük sovxozunda fəhlə, 1947-ci ildən isə həmin sovxozda briqadir kimi çalışmışdır.
1957–1991-ci illərdə Əzizbəyov adına üzümçülük sovxozunda müxtəlif vəzifələrdə işləmişdir.
1961-ci ildən Sov. İKP (KPSS) üzvü olmuşdur.
Təzəkənd kənd Sovetinin və Azərbaycan SSR Ali Sovetinin 5-ci çağırış deputatı seçilmişdir.
29 yanvar 2006-cı ildə Şəmkir rayonunun Təzəkənd kəndində vəfat etmişdir.
Təltifləri Sosialist Əməyi Qəhrəmanı — 16.05.1955 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 02.10.2002
İstinadlar
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:SSRİ üzümçüləri