– Yaponiya voleybolçusu. Azərbaycan Yüksək Liqasında çıxış edən "Turan" klubunda oynayır. Libero mövqeyində çıxış edir.

Karyerası 9 noyabr 1992-ci ildə Yaponiyanın Kaqoşima prefekturasında doğulmuşdur. Karyerasına 2008-ci ildə Yaponiyanın Kanoya Çuo Liseyi komandasında başlamışdır. 2011–2015-ci illərdə Naqasaki Beynəlxalq Universitetinin komandasında oynamışdır. 2015–2016-cı illərdə "Forest Livs Kumamoto" klubunda çıxış etdikdən sonra Filippində legioner həyatı yaşamış, orada "İriqa Siti Orqaons" (2016–2017) və "F2 Locistiks Karqo Movers" (2017–2018) klublarında çıxış etmişdir. "F2 Locistiks" klubunun heyətində 2018 Filippin Super Liqası Qran Prisində "ən yaxşı libero" adına layiq görülmüşdür. 2018-ci ildə Yaponiyaya qayıdaraq "Qunma Qrin Vinqs" klubunda qoşulmuşdur. 2019-cu ildə komandanın kapitanı olmuş, klubla 2019/2020 mövsümündə ikinci liqa çempionluğu yaşamışdır. 2020-ci ildə klubdan ayrıldığını açıqlasa da, həmin ilin oktyabrında oynayan məşqçi kimi kluba geri qayıtmışdır.

2024–2025-ci illərdə Almaniyanın "91 Zül" və 2025–2026-cı illərdə eyni ölkənin "Potsdam" klubunda çıxış etmişdir. 2026-cı ilin iyulunda Azərbaycanın "Turan" klubuna transfer olmuş, 2026/2027 mövsümünün sonuna qədər müqavilə imzalamışdır.

Uğurları Fərdi 2018 Filippin Super Liqası Qran Prisi – Ən yaxşı libero 2019–2020 V.Liqa 2-ci Divizyon – Ən Dəyərli Oyunçu

İstinadlar

Xarici keçidlər CEV profili

Kateqoriya:Azərbaycanda legioner Yaponiya idmançıları Kateqoriya:Yaponiya voleybolçuları Kateqoriya:Liberolar