Margalla Hills Milli Parkı — Pakistanın paytaxt ərazisində, Xeybər-Paxtunxva əyalətinin Haripur rayonu ilə şimal sərhədinə yaxın yerləşən milli parkdır. Parka Himalay dağlarının ətəklərini təşkil edən Marqalla təpələri, Şakarparian Parkı və Raval gölü daxildir.

Park biomüxtəliflik, xüsusilə də Çin-Himalay faunası baxımından zəngindir; burada boz qoral, muntjak (hürən maral) və bəbir kimi heyvanlar xüsusilə diqqət çəkir. Ümumilikdə, MHNP təxminən 600 bitki növünə, 402 quş növünə, 38 məməli heyvan növünə və 27 sürünən növünə ev sahibliyi edir. Hazırda PTDC parkda kanat yolu (oturacaqlı kanat) layihəsi üzərində iş aparır.

İstinadlar

Kateqoriya:1980-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Kateqoriya BTMİ V