right|thumb|Azərbaycanlı futbol hakimi Məhəmməd Məmmədov (solda)
Məhəmməd Məmmədov (futbol hakimi) Məhəmməd Məmmədov — azərbaycanlı keçmiş futbol hakimi və futbol məşqçisidir. O, 2001-ci ildə Azərbaycan futbol çempionatında keçirilmiş və “Qızıl oyun” adı ilə tanınan “Şəmkir”–“Neftçi” qarşılaşmasının baş hakimi olmuşdur.
Həyatı və təhsili Məhəmməd Məmmədov 1960-cı il yanvarın 1-də Gəncə şəhərində anadan olmuşdur. 1987–1992-ci illərdə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almışdır.
Futbolçu və hakim karyerası Məmmədov 1980–1985-ci illərdə Gəncə futbol klubunda qapıçı kimi çıxış etmişdir. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik və hakimlik fəaliyyəti ilə məşğul olmuşdur.
O, 1992-ci ildən 2006-cı ilədək Azərbaycan milli çempionatının oyunlarında hakimlik etmişdir. 2001-ci ildə “Şəmkir” və “Neftçi” komandaları arasında keçirilmiş Azərbaycan çempionatının qızıl medalçısını müəyyənləşdirən qarşılaşmanı idarə etmişdir. Həmin il Azərbaycan Kubokunun final oyununda da baş hakim olmuşdur.
2006-cı ildən sonra hakim-inspektor kimi fəaliyyətini davam etdirmiş, 2018-ci ilədək çempionat oyunlarında bu vəzifədə çalışmışdır.
Məşqçilik fəaliyyəti Məhəmməd Məmmədov uzun illər uşaq futbolunun inkişafı ilə məşğul olmuşdur. O, “Kəpəz” futbol klubunun aşağı yaş qrupları üzrə komandalarında çalışmış, gənc futbolçuların hazırlanmasında iştirak etmişdir. Onun yetirmələri arasında Azər Məmmədov və Faiq Cabbarov kimi futbolçuların adları çəkilir.
2024-cü ildə yayımlanan müsahibəsində Məmmədov “Kəpəz” klubunun U-11 komandasının baş məşqçisi olduğunu bildirmişdir.
İstinadlar
Rekord.az — Azərbaycandakı ilk “Qızıl oyun”un hakimi: “Gecə saat 3-də zəng etdilər ki...” PressSport — “Kəpəz” Məmmədovun yubileyini təbrik edib Metbuat.az — “Qızıl oyun”un baş hakiminə vəzifə verildi
Kateqoriya:Futbol hakimləri