Bənu Səqif () — Ədnani ərəblərinə mənsub qəbilə.

Mənşəyi Mənbələrdə Bənu Səqifin mənşəyi haqqında iki fərqli nəsəb (nəsil şəcərəsi) təqdim edilir:

Qasiy ibn Münəbbih ibn Nəbit ibn Mənsur ibn Yəkdum ibn Əfsa ibn Dumi ibn İyad (ibn Nizar) ibn Məad ibn Ədnan Qasiy ibn Münəbbih ibn Bəkr ibn Həvazin ibn Mənsur ibn İkrimə ibn Həsəfə ibn Qeys Əylan ibn Mudar ibn Nizar ibn Məad ibn Ədnan

Coğrafi mövqeyi Bənu Səqif qəbiləsinin yaşadığı Taif şəhəri Məkkədən 160 km aralıda yerləşir.

İnanc Taif şəhərinə cahiliyyə dövründə böyük ehtiram göstərilirdi. Bu şəhər dördguşəli ağ qaya parçası ilə təmsil olunan Lat bütünün müqəddəs məkanı idi. Bənu Səqif qəbiləsindən olanlar qureyşli ərəblər aralarındakı rəqabət və düşmənçilik səbəbindən bu ağ qaya parçasını Məkkədəki Həcərül-əsvədin qarşılığı hesab edirdilər. Onlar bu qayanı Kəbə kimi üzərini örtür, Beytür-rəbbə adlı binada qoruyur və ona sitayiş edirdilər. Buna görə də Taif bir növ zəvvarların baş çəkdiyi həcc mərkəzinə çevrilmişdi.

Kəbəni dağıtmaq məqsədilə gələn Əbrəhə Taifə çatdıqda, onlar Lat məbədinə toxunmadığı təqdirdə Əbrəhəyə kömək edəcəklərini bildirmiş və onun xidmətinə Əbu Riğal adlı bələdçi vermişdilər.

Təsərrüfat və ticarət Bənu Səqif əkinçilik, heyvandarlıq, müxtəlif sənətkarlıq sahələrində və ticarətdə də inkişaf etmişdi. Onlar kişmiş, şərab, zeytun yağı, bal istehsalı və dəri emalı sahəsində bütün Ərəbistanda tanınırdılar. Bu sayədə səqiflilər Sasani və Bizans imperiyaları ilə yanaşı, Yəməndən Misirə qədər uzanan ticarət əlaqələri qurmuşdular.

Məhəmmədin Taif səfəri Bənu Səqif, Məhəmmədə həyatının ən çətin günlərindən birini yaşatmış və bununla da ilə islam tarixinə düşmüşdür. Məkkədə vəziyyətin mürəkkəbləşməsi nəticəsində Məhəmməd dəvətini Məkkədən kənarda yerləşən başqa bir mərkəzə köçürməyi düşünürdü. O, bu məqsədlə Zeyd ibn Harisəni də özü ilə götürərək Taifə yollanmışdı. Məhəmməd Taifdə Bənu Səqifin nüfuzlu şəxslərindən bəziləri ilə görüşmüş və onları islama dəvət etmişdi.

Lakin onlar Məhəmmədin dəvətini qəbul etməmiş, onu ələ salmış, şəhərin aşağı təbəqələrindən olan insanları və uşaqları onun arxasınca salaraq onu qaş-qalaq etdirmişdilər. Məhəmməd bu hücumdan məkkəli Utbə ibn Rəbiə və qardaşı Şeybəyə məxsus üzüm bağına sığınmaqla xilas ola bilmişdi.

Məhəmməd Taifdə gördüyü bu münasibətə görə bəddua etməmiş, əvəzində səqiflilər üçün dua etmişdi:

Tanınmış şəxsləri Bənu Səqifə mənsub olan tanınmış şəxslərdən bəziləri bunlardır: Muğirə ibn Şöbə Urvə ibn Məsud Əbu Ubeyd əs-Səqəfi Ziyad ibn Əbih Ubeydullah ibn Ziyad Yusif ibn Ömər əs-Səqəfi Həccac ibn Yusif Muxtar Səqəfi İsa ibn Ömər əs-Səqəfi

Həmçinin bax Ərəb qəbilələrinin siyahısı

İstinadlar

Kateqoriya:Ərəbistan qəbilələri Kateqoriya:İsmayıl övladları Kateqoriya:Həvazin Kateqoriya:Ərəb ölkələri tarixi Kateqoriya:İslam tarixi Kateqoriya:Səudiyyə Ərəbistanı cəmiyyəti Kateqoriya:Taif