Svante PaaboSvante Pääbo // Munzinger Personen (нем.) () — isveçli bioloq və təkamül genetikidir.Pääbo, Svante Erik // Sveriges befolkning 1980 (швед.) — Sveriges Släktforskarförbund, 2004. — ISBN 91-87676-37-0 Paleogenetikanın banilərindən biri olan isveçli alimdir. O, 2022-ci ildə Fiziologiya və ya Tibb üzrə Nobel mükafatına layiq görülüb.Кирилл Стасевич Нобелевские премии 2022 года. Гены древних людей Архивная копия от 4 ноября 2022 на Wayback Machine // Наука и жизнь, 2022, № 11. — с. 2 - 13
İsveç Kral Elmlər Akademiyasının (2000-ci il), Leopoldina (2001il), ABŞ Milli Elmlər Akademiyasının (2004-cü il),Пеэбо, Сванте на сайте Национальной академии наук США (англ.) Fransa Elmlər Akademiyasının (2015-ci il)Svante Pääbo | Liste des membres de l'Académie des sciences / P | Listes par ordre alphabétique | Listes des membres | Membres | Nous connaître. Дата обращения: 17 февраля 2018. Архивировано 18 февраля 2018 года. və London Kral Cəmiyyətinin (2016-cı il) xarici üzvü, Xorvatiya Elmlər və İncəsənət Akademiyasının müxbir üzvüdür (2012-ci il).Pääbo Svante. Дата обращения: 11 февраля 2024. Архивировано 25 мая 2024 года.
Həyat yolu
Svante Paabo 20 aprel 1955-ci ildə Stokholmda anadan olub. Uşaqlığını Bagarmossen şəhərində keçirib. O, 1975–76-cı illərdə Uppsala şəhərindəki İsveç Silahlı Qüvvələrinin Tərcüməçilər Məktəbində rus dilini,Karin Bojs. My European Family. The First 54,000 years. Chapter 2. Neanderthals in Leipzig eyni zamanda 1975-ci ildən 1977-ci ilə qədər Uppsala Universitetində Misirşünaslıq, Kopt dili və elm tarixini də öyrənib.Nick Zagorski. Profile of Svante Pääbo (PNAS). Дата обращения: 3 октября 2022. Архивировано 3 октября 2022 года. 1980-ci ildə Uppsala Universiteti Tibb Məktəbini bitirdikdən sonra bir müddət həkim kimi çalışıb və 1981-ci ildə Uppsala Universitetinə qayıdıb və orada Sitologiya kafedrasında aspirantura təhsilinə başlayıb. 1986-cı ildə Molekulyar immunologiya üzrə dissertasiya müdafiə edib. Daha sonra qısa müddət Sürix Universitetinin Molekulyar biologiya Mərkəzində və Londondakı Xərçəng Tədqiqatları İnstitutunda çalışıb. 1987–1990-cı illərdə Berkli Kaliforniya Universitetində, Allan Vilsonun laboratoriyasında postdoktorantura təhsili almışdır. Burada fosilləşmiş və yaxın tarixi dövrdə nəsli kəsilmiş heyvanların genetik materialının əldə edilməsi ilə məşğul olmuşdur.
1990–1997-ci illərdə Münxen Lüdviq-Maksimilian Universitetində ümumi biologiya professoru vəzifəsində çalışmış, 1997-ci ildən etibarən isə Leypsiqdəki Təkamül Antropologiyası İnstitutunun Genetika departamentinin direktoru olmuşdur.
Elmi fəaliyyəti
Svante Paabo — paleogenetikanın banilərindən biridir. Paleogenetika genetik metodların köməyi ilə ilk insanların və hominidlərin tədqiqi ilə məşğul olan yeni elmi sahədir.Кирилл Стасевич Нобелевские премии 2022 года. Гены древних людей Архивная копия от 4 ноября 2022 на O, bu sahədə tədqiqatlarına 1984-cü ildə Avropa muzeylərinin kolleksiyalarında saxlanılan qədim Misir mumiyalarını öyrənməklə başlamışdır. Həmin mumiyalara Misirşünaslıq müəllimi vasitəsilə çıxış əldə etmişdir. 1985-ci ildə isə tarixdə ilk dəfə mumiyalardan genetik material əldə etmişdir.Harold M. Schmeck Jr (16 апреля 1985). Intact Genetic Material Extracted from an Ancient Egyptian Mummy. New York Times. Архивировано 23 августа 2017. Дата обращения: 30 сентября 2017. 2006-cı ildə neandertalın genomunun tam oxunması planını elan etdi. Alimin innovativ yanaşmasının mahiyyəti mitoxondrial DNT-nin oxunmasından ibarət idi. Belə ki, bakteriyaların genetik materialı ilə çirklənmiş və çoxsaylı fraqmentlərə parçalanmış qədim xromosom DNT-sindən fərqli olaraq, mitoxondrial DNT xeyli qısadır və çoxlu sayda fraqment şəklində aşkar olunur. Bu fraqmentləri birləşdirərək tam genetik ardıcıllığı əldə etmək mümkündür. 2009-cu ilin fevral ayında ilk ilkin nəticələrin əldə edildiyi elan edildi. 2010-cu ilin may ayında isə bu nəticələr Science elmi jurnalında dərc olundu.
2010-cu ilin mart ayında S.Paabonun rəhbərlik etdiyi tədqiqat qrupu Altayda yerləşən Denis mağarasında tapılmış sümük fraqmentindən əldə edilən DNT-ni araşdıraraq belə bir nəticəyə gəldi ki, qədim dövrlərdə hominidlərin əvvəllər elmə məlum olmayan yeni bir növü — denisovalılar mövcud olmuşdur.Кирилл Стасевич Нобелевские премии 2022 года. Гены древних людей Архивная копия от 4 ноября 2022 на Wayback Machine // Наука и жизнь, 2022, № 11. — с. 2 - 13
2016-cı ildə Paabonun rəhbərlik etdiyi tədqiqat qrupu dünyanın müxtəlif bölgələrindən olan təxminən 2000 insanın genomlarının müqayisəli təhlilinə əsaslanan elmi məqalə dərc etdi. Tədqiqatın nəticələrinə görə, neandertallarla müasir insanın (Homo sapiens) müxtəlif qrupları arasında ən azı üç dəfə çarpazlaşma hadisəsi baş vermişdir.Svante Pääbo et al. Excavating Neandertal and Denisovan DNA from the genomes of Melanesian individuals (англ.) // Science. — 2016. — 8 April (vol. 352). — P. 235—239. — doi:10.1126/science.aad9416. Архивировано 26 октября 2016 года.
2022-ci ildə alimə “Nəsli kəsilmiş homininlərin genomları və insanın təkamülü ilə bağlı kəşflərinə görə” Fiziologiya və ya tibb üzrə Nobel mükafatı verilmişdir.The Nobel Prize in Physiology or Medicine 2022 (амер. англ.). NobelPrize.org. Nobel Prize Outreach (3 октября 2022). Дата обращения: 28 июня 2024. Архивировано 3 октября 2022 года.
Mükafatları
1992-ci ildə — Leybnits adına mükafat 1998-ci ildə — Maks Delbrük medalı 1998-ci ildə — Avropa Akademiyasının üzvü 1999-cu ildə — Leopoldina Elmlər Akademiyasının Karus medalı 1999 -cu ildə — Berlin-Brandenburq Elmlər Akademiyasının üzvü 2003-cü ildə — Leypsiq Elmi Mükafatı 2003-cü ildə — Ernst Şerinq mükafatı (eyniadlı fond tərəfindən təqdim olunur) 2004-cü ildə — Saksoniya Elmlər Akademiyasının üzvü 2005-ci ildə — Lui Jante adına Tibb Mükafatı 2008-ci ildə — Xidmətlərə görə orden 2008-ci ildə — Estoniyanın Məryəm Torpağı Xaçı ordeninin III dərəcəsi 249. Riiklike autasude andmine. Дата обращения: 5 августа 2025. Архивировано 4 декабря 2024 года. 2009-cu ildə — Kistler mükafatı 2009-cu ildə — Almaniya Federativ Respublikasına xidmətlərinə görə ordenin Böyük Xaç dərəcəsi 2010-cu ildə — Nyukomb-Klivlend mükafatı 2011-ci ildə — Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü 2012-ci ildə — Əlahəzrət Kralın qızıl medalı (12-ci ölçülü, mavi boyun lentində) 2013-cü ildə — Qruber mükafatı 2014-cü ildə — M.V.Lomonosov adına Böyük qızıl medal-“Paleogenetika və arxeologiya sahəsində müstəsna xidmətlərinə görə” Большая золотая медаль РАН имени М. В. Ломоносова. Дата обращения: 1 апреля 2015. Архивировано 24 сентября 2015 года. 2015 -ci ildə — İrlandiya Milli Universitetinin Qoluey filialının fəxri doktoru 2016-cı ildə — Keyo mükafatı 2016-cı ildə — Tibb sahəsində Nailiyyət mükafatı 2017-ci ildə — Den Devid mükafatı 2017-ci ildə — NOMIS mükafatı Svante Pääbo - The NOMIS Foundation. Дата обращения: 28 марта 2025. Архивировано 28 марта 2025 года. 2018-ci ildə — HFSP Nakasone mükafatı 2018-ci ildə — Asturiy Şahzadəsi Mükafatı 2018-ci ildə — Körber mükafatı (eyniadlı fond tərəfindən təqdim olunur) 2018-ci ildə — Beynəlxalq Okeanoqrafiya İnstitutunun (SIO) Nirenberq mükafatı 2019-ci ildə — Uayli mükafatı (eyniadlı fond tərəfindən təqdim olunur) 2019-cu ildə — Darvin–Uolles medalı 2020-ci ildə — Yaponiya mükafatı 2021-ci ildə — Massri mükafatı 2022-ci ildə — Fiziologiya və ya tibb üzrə Nobel mükafatı 2024-cü ildə — Qütb Ulduzu Ordeninin Böyük Xaç Komandoru H.M. Konungen har beslutat om ordensförläningar för exceptionella insatser. Дата обращения: 22 марта 2024. Архивировано 23 марта 2024 года.
İstinadlar
Kateqoriya:"Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandorları Kateqoriya:Almaniyada İsveç qürbətçiləri Kateqoriya:Berkli Kaliforniya Universitetinin müəllimləri Kateqoriya:Fəlsəfə doktorları Kateqoriya:Genetiklər Kateqoriya:XX əsr bioloqları Kateqoriya:İsveç bioloqları Kateqoriya:İsveç şəxsləri Kateqoriya:Paleontoloqlar Kateqoriya:Stokholm şəxsləri Kateqoriya:Uppsala Universitetinin müəllimləri