Kəbələr (, ) — Ərəbistan yarımadasında yerləşən, kub formasında olan və Məkkədəki Kəbə quruluşunu xatırladan ibadətgahları təsvir etmək üçün istifadə olunan cəm formadakı termin. Onların əksəriyyəti Ərəbistan panteonunun müxtəlif tanrılarına həsr olunmuşdu, lakin bu termin Ərəbistan yarımadasında oxşar üslubda tikilmiş bəzi xristian kilsələrini təsvir etmək üçün də istifadə edilmişdir.

Memarlıq üslubu Tipik bir kəbə kub və ya blok şəklində olur, müəyyən bir tanrı və ya ilahənin pərəstişkarları üçün ibadət yeri funksiyasını yerinə yetirirdi. Qədim ərəblər bu əraziləri Məkkədəki Kəbəyə oxşarlığına və bura həcc ziyarətləri edilməsinə görə Kəbə adlandırmışdılar.al-Hout, Mahmoud Salim (1955). Fi Tariq al-Mithulujia 'aynd al-'Arabi: Bahth Mashab wa' Immaq fi al-Mu'itaqadat wa' al-'Asatir al-'Arabiyat Qabla al-Islam. Beirut, Lebanon: Dar an-Nahar Publishing.al-Hamdani (1940), Kitab al-Iklil; al-Juz' al-Thamin. New Jersey: Princeton University Press.

Kəbə memarlığına Ərəbistan yarımadasındakı məbədlərdə (o cümlədən İran və Mesopotamiyada), Yəmənin Vüsab əyalətində islamaqədərki ibadətgahlardan məscidlərə çevrilmiş ibadətgahlarda, Petra və Hicrdəki Cinn bloklarında, habelə Ərəbistan yarımadası və "bərəkətli hilal" boyunca yerləşən yəhudi və ərəblərə aid kəbəyəbənzər məzarlarda rast gəlinir.

Taleyi Ərəbistan yarımadasında bütpərəst tanrılara həsr olunmuş kəbələrin əksəriyyəti islamın gəlişindən sonra dağıdılmışdır. Dağıdılan kəbələr arasında Səqif qəbiləsinin ibadət etdiyi Əl-Lat Kəbəsi də var idi.Mubarakpuri, Saifur Rahman (2008). The Sealed Nectar: Biography of the Noble Prophet. Dar-us-Salam Publications.

Qədim Əl-Uxdud şəhərindəki Nəcran Kəbəsinin, Zü Nüvas tərəfindən təqib olunmuş din qardaşlarına kömək etmək üçün Nəcrana daxil olan aksumlulardan sonra kilsəyə çevrildiyi bildirilir. Nəcran kəbəsi günümüzdə də xarabalıq şəklində olsa da mövcuddur və arxeoloji abidənin bir hissəsidir.

Səyahətçi Yaqut Həməvi Zül-Xələsə kəbəsinin məscidə çevrildiyini qeyd edir. Əl-Lat kəbəsinin yerləşdiyi ərazidə isə hazırda Abdullah ibn Abbas məscidi ucalır.

İstinadlar

Kateqoriya:Ərəb memarlığı Kateqoriya:Ərəb mifologiyası Kateqoriya:Məbədlər