thumb|450x450px|METI mesajı METI ( – Yerdən kənar sivilizasiyalara ismarışlar) – Günəş sistemindən kənarda olan potensial şüurlu varlıqlara bəşəriyyət tərəfindən ulduzlararası ismarışlar ötürmək cəhdidir.

SETI proqramı ilə əlaqəsi SETI proqramından fərqli olaraq ( – Yerdənkənar şüurun axtarışı), METI kosmosda nəsə axtarmaq üçün deyil, şüurlu varlıqlara siqnal ötürmək üçündür.

Həmçinin, CETI ( – Yerdənkənar şüurla əlaqə) layihəsi SETI və METI layihələrinin birləşməsi hesab edilməməlidir. Ünsiyyət (communication) özündə əlaqə qurmağı nəzərdə tutur, axtarış (search) və siqnal ötürmə (messaging) isə əlaqə qurma cəhdlərində qarşılıqlı əlaqəli iki prosesdir.

Göndərilmiş mesajlar Ulduzlararası mesajların iki növü var: maddi və energetik (radio mesajlar). Maddi mesajların ötürülmə sürəti o qədər aşağıdır ki, ən yaxın ulduza on minlərlə il ərzində çatmaq mümkündür. Buna görə də, aydındır ki, bizim sivilizasiya Yerdən kənar sivilizasiyalarla "ünsiyyətdə" yalnız radio mesajlara etibar edə bilər.

Ulduzlararası maddi mesajlar Pioner plastinkaları Voyager qızıl plastinkası

Ulduzlararası radio mesajlar "Sülh", "Lenin", "SSRİ" mesajı — 1962 Aresibo mesajı — 1974 (M13 kürəvi ulduz klasterinə bir şüalanma seansı) Kosmik Zəng — 1999 (Qonşu günəş tipli ulduzlara 4 şüalanma seansı) Uşaqların Mesajı — 2001 (Qonşu günəş tipli ulduzlara 6 şüalanma seansı) Kosmik Zəng — 2003 (Qonşu günəş tipli ulduzlara 5 şüalanma seansı) Yerdən Mesaj — 2008 (Qliz 581 ulduzuna bir radiasiya seansı)Международный открытый проект"A Message From Earth" (AMFE)

Mesajların göndərildiyi ulduzlar AdıİşarəsiBürcGöndərilibÇatacaqMesajGöndərilmə yeriMessye 13 0 planetNGC 6205Herakl1974-11-1616 noyabr 1974təxm. 26974Aresibo mesajıAresibo rəsədxanası16 Cyg AHD 186408Qu1999-05-2424 may 19992069–11noyabr 2069Cosmic Call 1Ukrayna Kosmik Vasitələrin İdarə Edilməsi və Sınaqları üzrə Milli Mərkəzi (KVİSMM)15 SgeHD 190406Ox1999-06-3030 iyun 19992057–02fevral 2057Cosmic Call 1KVİSMMHD 178428Qartal1999-06-3030 iyun 19992067–10oktyabr 2067Cosmic Call 1KVİSMMGl 777HD 190360Qu1999-07-01 1 iyul 19992051–04aprel 2051Cosmic Call 1KVİSMMHD 197076Delfin2000-08-2929 avqust 20012070–02fevral 2070Uşaq mesajıKVİSMM47 UMa 3 qaz nəhəngiHD 95128Böyük ayı2001-09-033 sentyabr 20012047–07iyul 2047Uşaq mesajıKVİSMM37 GemHD 50692Əkizlər2001-09-033 sentyabr 20012057–12dekabr 2057Uşaq mesajıKVİSMMHD 126053Qız2001-09-033 sentyabr 20012059–12yanvar 2059Uşaq mesajıKVİSMMHD 76151Hidra2001-09-044 sentyabr 20012057–05may 2057Uşaq mesajıKVİSMMHD 193664Əjdaha2001-09-044 sentyabr 20012059–01yanvar 2059Uşaq mesajıKVİSMMHIP 4872Kassiopeya2003-07-066 iyul 20032036–04aprel 2036Cosmic Call 2KVİSMMHD 245409Orion2003-07-066 iyul 20032040–08avqust 2040Cosmic Call 2KVİSMM55 Cnc 5 planet (1-i həyat zonasında)HD 75732Xərçəng2003-07-066 iyul 20032044–05may 2044Cosmic Call 2KVİSMMHD 10307Andromeda2003-07-066 iyul 20032044–09sentyabr 2044Cosmic Call 2KVİSMM47 UMaHD 95128Böyük ayı2003-07-066 iyul 20032049–05may 2049Cosmic Call 2KVİSMMQütb ulduzuHIP 11767Kiçik ayı2008-10-094 fevral 200820292439Kainatın içindənMadrid Uzaq kosmosla əlaqə kompleksiQliz 581 3 planet (1-i həyat zonasında)HIP 74995Tərəzi2008-10-099 oktyabr 200820292029Kainatın içindənKVİSMMQliz 581HIP 74995Tərəzi2009-08-2828 avqust 200920302030Yerdən salamKanberra Uzaq kosmosla əlaqə kompleksi

Proqramın tənqidi Amerikalı yazıçı və alim Devid Brin hesab edir ki, siqnalların göndərilməsi düşmən niyyətli yadplanetlilərin diqqətini cəlb edə və yadplanetlilərin Yerə müdaxiləsinə səbəb ola bilər. Astrofizik Stiven Hokinq də yadplanetlilərlə əlaqə qurmağın təhlükəli ola biləcəyi barədə xəbərdarlıq etmiş, bunu Kolumbun Amerikaya gəlişi ilə müqayisə etmişdi. Bu hadisənin yerli əhali üçün məlum nəticələri olmuşdu. Buna görə də onlar sivilizasiyamız daha yetkin səviyyəyə çatana qədər yadplanetlilərə siqnallar göndərilməsinin təxirə salınmasını təklif edirlər. Bununla belə, METI tərəfdarları ünvanlı siqnallar göndərməyin təhlükəsiz olduğunu bildirirlər. Onların fikrincə, bizə təhlükə yarada biləcək inkişaf etmiş sivilizasiyalar onsuz da Yer kürəsinin mövcudluğundan xəbərdardırlar. Digər bir mülahizəyə görə, radio və televiziya dövrünün başlanması ilə Yer kürəsi artıq güclü informasiya mənbəyinə çevrilib. Əgər həqiqətən düşmən niyyətli yadplanetlilər mövcud olsaydılar və Yer kürəsinə zərər vermək istəsəydilər, yəqin ki, indiyədək onların diqqətini cəlb etmiş olardıq.

Həmçinin bax SETI SETI@Home Dreyk formulu Fermi paradoksu

Xarici keçidlər METI-nin əsaslandırması "SETI Past, Present, Future" monoqrafiyasının Fəsil 21. METI bölməsi, Springer nəşriyyatı, 2011. Ulduzlararası Radio Mesajları // cplire.ru Yerdənkənar sivilizasiyalara radio mesajları // cplire.ru Ulduzlararası radio mesajlarının ötürülməsi və axtarışı Rusiya Elmlər Akademiyasının Astronomiya üzrə Elmi Şurası: "Yerdən kənar Sivilizasiyaların Axtarışı" ACADEMIA layihəsinin (Kultura TV kanalı) "Yerdən kənar Sivilizasiyalara Mesajlar" mühazirəsi Ulduzlararası radio mesajların təsnifatı "Очевидное — невероятное" televerilişində "Kosmosla dialoq" mövzusu (video) "İrəliləyiş yavaşlamır və bu, bir üstünlükdür": Niyə fəallar 2035-ci ilə qədər yadplanetlilərlə təmasa inanırlar // RT, 30 dekabr 2017 Sıçrayış mesajı Öz-özünə kodlaşdırma mesajları

İstinadlar

Kateqoriya:Yerdənkənar intellekt axtarışı