Kimyada elektron donoru elektronları başqa bir birləşməyə ötürən kimyəvi hissəcikdir. Elektron donoru, elektronlarını verdiyinə görə proses zamanı özü oksidləşən reduksiyaedici maddədir. Əvvəllər istifadə edilən, lakin hazırda köhnəlmiş tərifə əsasən, elektron donoru Lyuis əsası ilə eyniləşdirilirdi.

Ənənəvi reduksiyaedici maddələrdən fərqli olaraq, elektrondan donordan elektron akseptoruna ötürülməsi qismən baş verə bilər. Bu zaman elektron tam ötürülmür və donorla akseptor arasında elektron rezonansı yaranır. Nəticədə, komponentlərinin kimyəvi xüsusiyyətlərini böyük ölçüdə qoruyub saxladığı yükötürmə kompleksləri əmələ gəlir. Donor molekulunun elektronvermə qabiliyyəti onun ionlaşma potensialı ilə ölçülür. İonlaşma potensialı ən yüksək dolu molekulyar orbitaldan (HOMO) bir elektronu çıxarmaq üçün tələb olunan enerjidir.

Elektron donor-akseptor ötürülməsi zamanı ümumi enerji balansı (ΔE), yəni qazanılan və ya itirilən enerji, akseptorun elektron affinliyi (A) ilə ionlaşma potensialı (I) arasındakı fərqlə müəyyən edilir:

Molekulyar elektronika və qurğular thumb|left|HeksametilenTTF/TCNQ yükötürmə duzunun kristal quruluşunun bir hissəsinin kənardan görünüşü; ayrılmış yığınlar vurğulanmışdır. Tetratiafulvalen ehtiva edən heksametilenTTF bu elektron donor-akseptor materialında səciyyəvi elektron donoru hesab olunur.

Elektron donorları üzvi fotovoltaik qurğular da daxil olmaqla, bir çox cihazın komponentləridir. Tipik elektron donorları elektronların ötürülməsində aralıq vasitəçi kimi fəaliyyət göstərə bilmələri üçün dönər redoks reaksiyalarına məruz qalırlar. Triarilaminlər tipik elektron donorlarına aiddir.

Biologiyada NADH təbii elektron donoruna nümunədir. Askorbin turşusu da başqa bir nümunədir. O, suda həll olan antioksidantdır.

Biologiyada elektron donorları hüceyrə tənəffüsü zamanı elektron buraxaraq enerjinin ayrılmasına səbəb olur. Bakteriyalar kimi mikroorqanizmlər elektron ötürülməsi prosesləri vasitəsilə enerji əldə edirlər. Mikroorqanizm hüceyrə mexanizmləri vasitəsilə bu enerjini toplayaraq öz ehtiyacları üçün istifadə edir. Bu prosesin son mərhələsində (elektron nəqli zənciri) elektron elektron akseptoruna ötürülür.

Neft karbohidrogenləri, vinilxlorid kimi daha az xlorlaşdırılmış həlledicilər, torpaq üzvi maddəsi və reduksiya olunmuş qeyri-üzvi birləşmələr elektron donoru kimi çıxış edə bilər. Bu reaksiyalar yalnız orqanizmlərə enerji əldə etməyə imkan verdiyinə görə deyil, həm də üzvi çirkləndiricilərin təbii bioloji parçalanma prosesində iştirak etdiyinə görə əhəmiyyətlidir. Çirklənmiş ərazilərin təmizlənməsi zamanı mütəxəssislər nəzarət edilən təbii zəifləmədən istifadə etdikdə, bioloji parçalanma bu prosesə töhfə verən əsas mexanizmlərdən biridir. İstinadlar

Kateqoriya:Elektrokimya Kateqoriya:Kimyəvi xassələr Kateqoriya:Kimyəvi reaksiyalar Kateqoriya:Yarımkeçiricilər