Emil Rzayev
thumb|This is MMA Fighter
(tam adı: Emil Müşfiq oğluu Rzayev; d. 1 dekabr 2009, Düylün, Ordubad rayonu, Naxçıvan AR) — Azərbaycan idmançısı; Vale Tudo, Luta Livre, MMA, qrapplinq və pankration üzrə yarışların qalibi.
Həyatı Emil Rzayev 1 dekabr 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Düylün kəndində anadan olmuşdur. Hal-hazırda Xəzər rayonu S. Abbasov adına 117 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir.
İdman karyerası Döyüş sənətlərindən MMA, qrapplinq, pankration, Vale Tudo və Luta Livre idman türləri üzrə məşq edir. Hal-hazırda "Alpha Fight Club" idman klubunun təmsilçisidir. Məşqçiləri Ülvi Əhmədov və Firuzan Heydərlidir.
2026-cı il ərzində bir çox açıq çempionat və respublika turnirlərində uğurla çıxış edərək çempionluqlar qazanmışdır. 4 oktyabr 2026-cı ildə Azərbaycan MMA və Qrapplinq Federasiyası (AZEMMAGF) tərəfindən keçirilən Respublika Turnirində pankration üzrə 16–17 yaş qrupunda, 63 kq çəki dərəcəsində 1-ci yeri tutaraq qızıl medal və çempionluq diplomu əldə etmişdir.
Uğurları və təltifləri
Yarış nəticələri 30–31 may 2026 — Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş Vale Tudo və Luta Livre (No-Gi) üzrə Açıq Respublika Turniri (16 yaş, 65 kq) — 1-ci yer (Qızıl medal)
1 iyun 2026 — "Şahin" hərbi-idman oyunu üzrə Xəzər rayon birinciliyi — 1-ci yer
5 iyul 2026 — Zirvə İdman Klubunun Klublararası Açıq Turniri (16 yaş, 65 kq) — 1-ci yer (Qızıl medal)
30 avqust 2026 — Renzo Gracie Academy-də AZEMMAGF dəstəyi ilə Klublararası Turnir (2009 təvəllüd, 62 kq) — 1-ci yer (Qızıl medal)
4 oktyabr 2026 — AZEMMAGF Respublika Turniri (Pankration, 16–17 yaş, 63 kq) — 1-ci yer (Qızıl medal / Respublika Çempionu)
=== Sertifikat və təşəkkürnamələr ===
May 2026 — Ağdam Döyüş Klubunun təşkilatçılığı ilə Heydər Əliyevin doğum gününə həsr olunmuş seminar — Sertifikat
1 iyun 2026 — S. Abbasov adına 117 №-li tam orta məktəb tərəfindən "Şahin" hərbi-idman oyununda 1-ci yeri tutduğuna görə — Təşəkkürnamə
8 sentyabr 2026 — Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən "Sağlam qidalanma" adlı təlimdə iştiraka görə — Sertifikat
İstinadlar
Kateqoriya:Azərbaycan idmançıları