İsveçli Luiza Jozefina Yevgeniya (; ) — İsveç-Norveç kralı XV Karlın qızı, Danimarka kraliçası.

31 oktyabr 1851-ci ildə Stokholmda dünyaya gəldi. Atası İsveç-Norveç kralı I Oskarın oğlu vəliəhd-şahzadə Karl, anası isə Niderland kralı I Vilhelmin nəvəsi Luiza Vilhelminadır. Özündən 1 yaş kiçik qardaşı Karl Oskar 2 yaşında vəfat etdi və valideynlərinin yeganə övladı olaraq qaldı. Ancaq İsveçdə Salik qanunları qüvvədə idi və bu səbəblə, atasının 1859-cu ildə taxta çıxmasının ardından vəliəhd ünvanı ala bilmədi. Onun yerinə əmisi şahzadə Oskar vəliəhd ünvanı aldı. Atası bunu dəyişmək və qızının taxt hüququnu bərpa etmək üçün əlindən gələni etsə də, buna nail ola bilmədi.

15 iyun 1868-ci ildə Danimarka kralı IX Kristianın oğlu vəliəhd-şahzadə Frederiklə nişanlandı. Dan dili və ədəbiyyatı dərsləri almağa başladı. Cütlüyün toy mərasimi 28 iyul 1869-cu ildə Stokholmda baş tutdu. 10 avqustda cütlük Kopenhagendə mərasimlə qarşılandı. Cütlüyün bu nigahdan 8 övladı doğuldu.

X Kristian (1870-1947) VII Haakon (1872-1957) Luiza (1875-1906) Harald (1876-1949) İngeborq (1878-1958) Tira (1880-1945) Qustav (1887-1944) Daqmar (1890-1961)

Qaynatasının vəfatının ardından 1906-cı ildə əri VIII Frederik adıyla taxta çıxdı. Beləcə, Danimarka kraliçası ünvanını qazandı. Ancaq bu dövr qısa oldu və ərinin vəfatının ardından 1912-ci ildə böyük oğlu X Kristian taxta çxıdı. 1926-cı ildə Kopenhagendə vəfat etdi. Cənazəsi Roskille kafedralına dəfn olundu.

Mənbə Ədəbiyyat

Tor Bomann-Larsen (2004) Folket – Haakon & Maud II (Cappelen )

Lars Elgklou (1995) Familjen Bernadotte. En kunglig släktkrönika (Stockholm : Fischer)

Kay Nielsen, Ib Askholm: (2007) Danmarks konger og dronninger (Hamlet) Rikke Agnete Olsen: (2005) Kongerækken (Lindhard & Ringhof)

İstinadlar Kateqoriya:XX əsr monarxları Kateqoriya:XIX əsr Danimarka şəxsləri Kateqoriya:İsveç şahzadələri Kateqoriya:Norveç şahzadələri Kateqoriya:Stokholm şəxsləri