Muəz ibn Müslüm (; ) — Ərəb dilçisi və şairi.

Bioqrafiyası Əbdülməlik ibn Mərvanın hakimiyyəti dövründə Kufə şəhərində anadan olub (685–705). Karl Brokkelmana görə o, Əbu Cəfər ər-Ruəsinin dayısı, digər mənbələrə görə də əmisidir. Herat mənşəli paltar geyindiyi üçün ona "əl-Hərra" deyilmişdir.

Muəz ibn Müslüm əl-Kisai ilə Yəhya ibn Ziyad əl-Fərranın müəllimi olmuş, ərəb morfologiyası ilə maraqlanmışdır.

Bəzi mənbələrdə onun ərəb morfologiyasının banisi olduğu qeyd edilsə də, müasir tədqiqatlar bu iddianı təkzib etmişdir.

Muəz ibn Müslüm Cəfər əs-Sadiqdən hədis nəql etmişdir. Lakin o, rəvayətçilik baxımından etibarlı şəxs hesab edilmir. Onun qrammatika sahəsinə dair qələmə aldığı əsərlərdən heç biri dövrümüzədək gəlib çatmamışdır. Müəmmərundan (uzun ömür sürən şəxslər) hesab edilən Muəz həyatının son dövrlərini Bağdad şəhərində keçirmiş və burada da vəfat etmişdir.

Həmçinin bax Kufə qrammatika məktəbi

İstinadlar

Kateqoriya:Ərəb filoloqlar