Cunqar dağsiçanı 220pxCunqar dağsiçanı Mühafizə statusu Nəslinin kəsilmə təhlükəsi zəifdir (IUCN 3.1) Elmi təsnifat Aləm: Heyvanlar Tip: Xordalılar Sinif: Məməlilər Dəstə: Gəmiricilər Fəsilə: Xomyaklar Cins: Phodopus Növ: P. sungorus Elmi adı Phodopus sungorus(Pallas, 1773) 220pxP. sungorus (Cunqar dağsiçanı) növünün yayılma sahəsi — yaşıl rəng daimi yaşayış ərazisini göstərir

Cunqar dağsiçanı (), həmçinin Ağ Cunqar cırtdan hamsteri, Sibir cırtdan hamsteri, Rusiya cırtdan hamsteri və ya Zolaqlı cırtdan hamster — Xomyaklar fəsiləsinin Phodopus cinsinə aid olan üç hamster növündən biri. Bədən quruluşu dəyirmi (kürəşəkilli) olub, ölçüsü adətən qızılı hamsterin yarısı qədərdir. Bu səbəbdən Phodopus cinsinin digər növdaşları kimi cırtdan hamsterlər qrupuna aid edilir.

Növün xarakterik xüsusiyyətlərinə bel nahiyəsindən keçən tünd-boz zolaq və tüklə örtülmüş pəncələr daxildir. Qış fəsli yaxınlaşdıqca və günlər qısaldıqca, Cunqar dağsiçanının tünd rəngli xəzi dəyişərək demək olar ki, tamamilə ağ rəng alır. Ev şəraitində (əsarətdə) saxlanılan fərdlərdə bu proses adətən müşahidə olunmur, çünki süni işıqlandırma mühiti günün qısaldılmasını hiss etməyə mane olur. Vəhşi təbiətdə onlar Qazaxıstanın buğda zəmilərində, Monqolustan və Sibirin çəmənliklərində, həmçinin Mançuriyanın ağcaqayın meşəliklərində yayılmışdır.

Cunqar dağsiçanları Avropa və Şimali Amerikada geniş yayılan ev heyvanlarındandır. Əsarətdə yetişdirilən fərdlərin xəz rəngində və naxışlarında vəhşi təbiətə nisbətən daha çox müxtəliflik görünür. Əsarətdə ortalama yaşama müddəti 1,8 il təşkil edir, yaxşı qulluq edildikdə 2–3,5 ilə qədər yaşaya bilirlər. Çoxalma tempi yüksəkdir — il boyu balalamaq qabiliyyətinə malikdirlər. Çoxalma dövründə dişilər erkəklərə qarşı təcavüzkarlıq nümayiş etdirə bilər. İnsana və ələ ən tez öyrəşən hamster növlərindən biri hesab olunur.

Saxlanma şəraiti və sosial davranışı Ən mürəkkəb məsələlərdən biri Cunqar dağsiçanlarının birlikdə saxlanılmasının onların sağlamlığına və rifahına necə təsir etməsidir. Eyni cinsdən olan fərdlər müəyyən şərtlər daxilində bir yerdə saxlanıla bilsələr də,"Keeping hamsters together", RSPCA digər hallarda birgə yaşayış gərginliyə, davalara və təcavüzkarlığa səbəb ola bilər, hətta onların həyatı üçün təhlükə yarada bilər. Xüsusilə, eyni doğuşdan olan və ya kiçik yaşlarından birlikdə böyüyən fərdlərin bir-biri ilə yola getmə ehtimalı daha yüksəkdir."How to look after hamsters" , RSPCA Lakin əvvəlcə yaxşı yola gedən fərdlər belə sonradan dalaşmağa başlaya bilərlər. Bu cür davalar oyun xarakteri daşımır və ölümcül ola bilər.

Bununla yanaşı, təcavüzkarlıq riski saxlanma şəraitindən də asılıdır. Dava riskini azaltmaq üçün qəfəsin böyüklüyü, yem və su qablarının, qaçış çarxının, gizlənmə yerlərinin sayı heyvanların sayına uyğun olmalıdır.NC3Rs, "Housing and husbandry: Hamster" , NC3Rs, 28 October 2021

Dağsiçanının tək saxlanıldığı hallarda müxtəlif mənbələr mühitin zənginləşdirilməsinin vacibliyini vurğulayırlar: geniş qəfəs, böyük qaçış çarxı və dərin altlıq materialı xüsusi əhəmiyyət kəsb edir.Melissa Witherell, DVM, "How Long Do Hamsters Live?" , PetMD, 22 April 2024Blue Cross, "Hamster care" , Blue Cross, 2023

Adlandırılması Növün vahid və hər kəs tərəfindən qəbul edilmiş tək bir adı yoxdur; "Cunqar dağsiçanı", "Ağ Cunqar cırtdan hamsteri" və "Rusiya cırtdan hamsteri" ifadələri ən çox istifadə edilənlərdir. Bu növün Kempbell cırtdan hamsteri ilə xarici oxşarlığı tez-tez qarışıqlığa səbəb olur. "Ağ qış" (winter white) ifadəsi vəhşi təbiətdə bu heyvanın qış aylarında xəzinin rəngini ağa dəyişməsindən irəli gəlir. Bu dəyişiklik qar fonunda pərdələnməyə (kamuflyaja) xidmət edir və yırtıcılardan qorunmağa kömək edir. Kempbell cırtdan hamsterləri isə qışda xəz rəngini dəyişmirlər.

Növün binar adı Phodopus sungorusdur. Növ ilk dəfə 1773-cü ildə təbiətşünas Peter Simon Pallas tərəfindən siçan kimi təsvir edilmişdir.Sungorus Pallas 1773 (p. 703) . Quoted in:. Ross 1998 (p. 1, synonymy of the species) sungorus epiteti Cunqariya coğrafi regionunun adından götürülmüşdür.Steinlechner 1998, DJUNGARIAN HAMSTER AND/OR SIBERIAN HAMSTER: WHO IS WHO?, European Pineal Society NEWS (p. 8). 1778-ci ildə Pallas bu heyvanı Mouse songarus adlandırmışdır.Peter Simon Pallas 1778 quadrupedum species novae e ordine glirium p. 269 Quoted in Ross 1998 (p. 1, synonymy of the species) 1912-ci ildə Ned Hollister bu növü Phodopus cinsinə daxil etmişdir.Ned Hollister 1912 New mammals from the highlands of Siberia Quoted in:. Ross 1998 (p. 1, synonymy of the species) A. İ. Arqiroputo 1933-cü ildə adı priority sungorus olaraq dəyişdirmiş və onu Kempbell hamsterinin yarımnövü kimi təsnif etmişdir.Argiropulo 1933 (p. 136). Quoted in Ross 1998 (p. 6, "Remarks "). Günümüzdə Cunqar dağsiçanı və Kempbell hamsteri müstəqil növlər sayılır.

Fiziki təsviri left|thumb|98x98px|Aquti rəngi (təbii rəng) left|thumb|95x95px|Mirvari rəngi left|thumb|95x95px|Saffir rəngi left|thumb|95x95px|Saffir-mirvari rəngi left|thumb|95x95px|Merl rəngi left|thumb|95x95px|Merl-saffir rəngi

Cunqar dağsiçanının tükləri Kempbell hamsterinə nisbətən daha az yunvaridir.The Dwarf Hamster: A Guide to Selection, Housing, Care, Nutrition, Behaviour, Health, Breeding, Species and Colours Bədəninin uzunluğu 70–90 mm, quyruğunun uzunluğu 5–15 mm, arxa pəncələrinin uzunluğu isə 11–15 mm təşkil edir.Winogradow und Argiropulo 1941. Zitiert in: Ross 1998 (S. 1, "General Characters")Krylzow und Schubin 1964. Zitiert in: Ross 1998 (S. 1, "General Characters"). Bədən kütləsi il boyunca kəskin dəyişir və qış aylarında minimum həddə çatır.Bartness & Wade, 1985. Photoperiodic control of seasonal body weight cycles in hamsters (Abstract) Erkəklərdə çəki 19–45 qram, dişilərdə isə 19–36 qram arasında dəyişir. Əsarət şəraitində saxlanılan fərdlər bir qədər daha ağır olurlar. Vəhşi təbiətdə ömrü adətən 1 ili keçmir.

Yayda belindəki xəz kül-boz rəngdən tünd-qəhvəyiyə qədər dəyişir.How to Care for Your Dwarf Hamster Başdan quyruğa doğru tünd-qəhvəyi bel zolağı uzanır. Qarın, boğaz, quyruq və ətrafların daxili hissəsi ağ rəngdədir.Figala und Mitarbeiter 1973 (Abstract).

Təbii aquti rəngindən başqa, saffir, mirvari, saffir-mirvari, qızılı-krem (mandarin) və merl rənglərinə də rast gəlinir. Qışda xəz daha sıx olur. Tükdəyişmə oktyabr-noyabr aylarında başlayır və dekabrda başa çatır. Yaz tükdəyişməsi isə yanvar-fevral aylarında başlayaraq mart və ya aprelin əvvəllərində tamamlanır. Tükün piqmentasiyası prolaktin hormonu və genetik amillərlə idarə olunur.

Təbiətdə Vəhşi təbiətdə xəzin rəngini dəyişməsi dağsiçanına qarlı stiplərdə yırtıcılardan gizlənməyə kömək edir. Dərinliyi 1 metrə çatan yuvalar qazırlar. Bu yuvalarda yatır, balalarını böyüdür və yırtıcılardan gizlənirlər. Gəlincik dağsiçanının əsas təbii düşmənlərindən biridir.

Yuvaların adətən altı girişi olur. Yayda yuvanın daxili yosunla döşənir. Qışda yuvanı isti saxlamaq üçün heyvan bir girişdən başqa bütün dəlikləri bağlayır və içərisini tapdığı heyvan yunu ilə izolyasiya edir. Yuvanın daxilində temperatur adətən 16,7 °C ətrafında olur. Heyvanlar bəzən Mərkəzi Asiyanın yarımsəhra zonalarında, quru çöllərdə, buğda zəmilərində və Minusinsk ətrafındakı meşəliklərdə yaşayırlar.Boris Stepanovich Yudin, Lijana Ivanova Galkina 1979 Quoted in Ross 1998 (p. 5, "Ecology ").

Odomaşdırılması və çoxalması Cunqar dağsiçanları Avropa, Yaponiya və Şimali Amerikada zootikanın geniş yayılan növlərindəndir. Qızılı hamsterlərə nisbətən daha sürətlə çoxalırlar. Mənzil şəraitində saxlanılan və süni işıqlandırılan fərdlər il boyu çoxala bilirlər, vəhşi təbiətdə isə çoxalma dövrü yaz və yay ayları ilə məhdudlaşır.

Dişilərdə estrus silsiləsi dörd gün davam edir; hər dörd gündən bir dişi fərd cütləşməyə hazır olur. Boğazlıq dövrü 21–26 gün çəkir. Bir qundaqda 1-dən 11-ə qədər bala ola bilər. Cinsi yetişkənlik 4–6 həftəliyində baş verir, lakin sağlam nəsil üçün dişi fərdin ilk hamiləliyi 3–4 aylıqdan tez olmamalıdır. Dişi fərd doğuşdan 24 saat sonra yenidən mayalanmaya hazır olur.

Hibridlər Əsarətdə saxlanılan gəmirici növləri arasında yalnız Kempbell cırtdan hamsteri ilə Cunqar dağsiçanı bir-biri ilə cütləşərək döl verə bilir. Lakin hibridlərin yetişdirilməsi balaların kiçik doğulmasına, anadangəlmə genetik xəstəliklərə və reproduktiv problemlərə səbəb ola bilər.

Mühafizə statusu Bu növ Beynəlxalq Təbiəti Mühafizə Birliyi (IUCN) tərəfindən "Nəslinin kəsilmə təhlükəsi zəifdir" (LC) statusu altında təsnif edilmişdir. Populyasiyasının sayı və yayılma sahəsi böyükdür, növ üçün qlobal təhlükə mövcud deyildir.

İstinadlar

Xarici keçidlər Vikinövlərdə əlavə məlumat: Phodopus sungorus Rusiyanın onurğalı heyvanları: Cunqar dağsiçanı

Kateqoriya:Phodopus Kateqoriya:Asiya gəmiriciləri Kateqoriya:1773-cü ildə təsvir edilən məməlilər Kateqoriya:Sibir məməliləri Kateqoriya:Ev gəmiriciləri Kateqoriya:Asiya məməliləri Kateqoriya:Ev heyvanları Kateqoriya:Peter Simon Pallas tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:1773-cü ildə təsvir edilən taksonlar Kateqoriya:Siçancıqlar