ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) — Amerika Birləşmiş Ştatları Xəzinədarlıq Departamentinin maliyyə kəşfiyyatı və icra agentliyi.

OFAC ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasət məqsədlərini dəstəkləmək üçün iqtisadi və ticarət sanksiyalarını təstiq və tətbiq edir. ABŞ Prezidentinin milli fövqəladə səlahiyyətləri çərçivəsində OFAC xarici dövtlətlərə, təşkilatlara (terrorçu qruplar və narkotik kartelləri daxil olmaqla) və ABŞ-ın milli təhlükəsizliyinə təhdid hesab edilən fiziki şəxslərə qarşı fəaliyyət göstərir.

1950-ci ildə Xarici Aktivlərə Nəzarət Bölməsi kimi təsis edilmiş OFAC, 2004-cü ildən Xəzinədarlıq Departamentinin Terrorizm və Maliyyə Kəşfiyyatı İdarəsi nəzdində fəaliyyət göstərir. Əsasən kəşfiyyat hədəfləri və vəkillərdən ibarətdir.

OFAC-ın hədəflərinin çoxu geniş şəkildə Ağ Ev tərəfindən müəyyən edilsə də, əksər işlər OFAC-ın Qlobal Hədəfləmə Ofisi (OGT tərəfindən aparılan araşdırma nəticəsində ortaya çıxır).

Bəzən "ən güclü, lakin az tanınan" dövlət qurumlarından biri kimi təsvir edilən OFAC, təlimatlarına tabe olmayan qurumlara qarşı cərimələr tətbiq etmək, aktivləri dondurmaq və tərəflərin ABŞ-də fəaliyyət göstərməsini qadağan etmək də daxil olmaqla, əhəmiyyətli cərimələr tətbiq etmək səlahiyyətinə malikdir.

Tarixi ABŞ Xəzinədarlıq Departamentinin xarici dövlətlərə qarşı iqtisadi sanksiyalarda iştirakı 1812-ci il müharibəsinə təsadüf edir, həmin il Katib Albert Qallatin Amerika dənizçilərinin təəssüratına cavab olaraq Birləşmiş Krallığa qarşı sanksiyalar tətbiq edib.

Xarici Aktivlərə Nəzarət Bölməsinin sələfi olan qurumlara 1940-cı ildən 1947-ci ilə qədər mövcud olan Xarici Fondlara Nəzarət (FFC) və Beynəlxalq Maliyyə Ofisi (1947–1950-ci illərdə) daxil olub.

FFC, 10 aprel 1940-cı ildə 8389 №-li İcra Fərmanı ilə Xəzinədarlıq Katibliyi Aparatının struktur bölməsi kimi yaradılıb. FFC-nin yaradılması səlahiyyəti 1917-ci il Düşmənlə Ticarət Qanunundan irəli gəlir. Digər əməliyyatlarla yanaşı, FFC müharibə dövründə düşmən aktivləri üzərində idxal nəzarətini və düşmən dövlətlərlə ticarətə məhdudiyyətlər tətbiq edib. O, "Fəaliyyəti Dondurulmuş Müəyyən Vətəndaşların Açıqlanan Siyahısı"nın və ya "Qara Siyahı"nın idarə olunmasında iştirak edərək, ABŞ-dakı xarici mülkiyyətli aktivləri və xaricdəki Amerika mülkiyyətli aktivləri siyahıya alıb. FFC 1947-ci ildə ləğv edilərək, funksiyaları yeni yaradılmış Beynəlxalq Maliyyə Ofisinə (OIF) ötürüb.

1948-ci ildə OIF-in doldurulmuş xarici aktivlərlə bağlı fəaliyyətləri Ədliyyə Nazirliyinin tərkibində olan Xarici Əmlak İdarəsinə ötürüb.

OFAC-ın bilavasitə sələfi olan Xarici Aktivlərə Nəzarət Bölməsi, Çin Xalq Respublikasının Koreya müharibəsinə qoşulmasından sonra, 1950-ci ilin dekabr ayında Xəzinədarlıq Departamentinin Sərəncamı ilə Beynəlxalq Maliyyə Ofisinin tərkibində yaradılıb. Prezident Harri S. Truman ümummilli fövqəladə vəziyyət elan edəndə, Xarici Aktivlərə Nəzarət Bölməsinə ABŞ yurisdiksiyasına tabe olan Çin və Şimali Koreya aktivlərinin dondurulması tapşırığı verib. Bölmə həmçinin Düşmənlə Ticarət Qanununa dəyişliklik edilməsi haqqında Qanuna əsasən verilən təlimat və əmrlərin əsas icraçısı olub.

15 oktyabr 1962-ci ildə Xəzinədarlıq Departamentinin Əmri ilə Xarici Aktivlərə Nəzarət Departamenti Xarici Aktivlərə Nəzarət İdarəsi kimi yenidən təşkil olunub.

Səlahiyyət və fəaliyyətlər Düşmənlə Ticarət Qanunu və hazırda qüvvədə olan müxtəlif ümummilli fövqəladə hallara əlavə olaraq, OFAC səlahiyyətləri embarqolar və iqtisadi sanksiyalarla bağlı ABŞ-ın müxtəlif federal qanunları, xüsusən də Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanunu (IEEPA) ilə tənzimlənr.

İqtisadi sanksiyaları tətbiq edərkən, OFAC, OFAC tərəfindən "ABŞ vətəndaşlarının OFAC tərəfindən icazə verilmədiyi və ya qanunla açıq şəkildə istisna edilmədiyi təqdirdə məşğul ola bilməyəcəyi ticarət və ya maliyyə əməliyyatları və digər əməliyyatlar" kimi təsvir edilən "qadağan olunmuş əməliyyatların" qarşısını almaq üçün hərəkət edir.

OFAC, müəyyən əməliyyat kateqoriyaları üçün ümumi lisenziya (icazə) verməklə və ya hər bir hal üçün ayrıca verilən xüsusi lisenziyalar vasitəsilə bu cür əməliyyatlara qoyulan qadağalarda istisnalar etmək səlahiyyətinə malikdir.

Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Qanununa (IEEPA) əsasən, ABŞ prezidenti ümummilli fövqəladə hal zamanı ABŞ yurisdiksiyası altında olan xarici aktivlərin çıxarılmasını dondura bilər. OFAC bu mandatı maliyyə qurumlarını təlimatlandırmaqla yerinə yetirir.

İraqa qarşı sanksiyaları dəstəkləmək səylərinin bir hissəsi olaraq, OFAC 2005-ci ildə "Voices in the Wilderness" təşkilatını iraqlılara dərman və digər humanitar yardım hədiyyə etdiyinə görə 20.000 dollar cərimələyib. Oxşar işdə, OFAC sülh fəalı Bert Saksa Bəsrə sakinlərinə dərman verdiyinə görə cərimələyərək, faizlə birlikdə 10.000 dollar ödəməsinə çalışıb; Bert Saksa qarşı irəli sürülən ittihamlar məhkəmə tərəfindən 2012-ci ilin dekabr ayında ləğv edilib.Ramsey, Bruce "Bert Sacks: No fine and no court time for Iraqi sanctions"; The Seattle Times; 3 Jan 2012.

2007-ci ilin oktyabr ayında bir sıra İspaniya səyahət agentliyi veb saytlarının domen adına girişi eNom tərəfindən deaktiv edilib, çünki, həmin domen adları OFAC-ın qara siyahısında olub.

Sorğulama zamanı, ABŞ Xəzinədarlığı şirkətin "amerikalıların Kubaya səyahət məhdudiyyətlərindən yayınmalarına kömək etdiyini" iddia edən 2004-cü il mətbuat açıqlamasına istinad edib.

5 iyun 2010-cu ildə "Amerika Birləşmiş Ştatları Bankiyə qarşı" işdə ABŞ vətəndaşı OFAC-dan əvvəlcədən İran valyutası köçürmə lisenziyaları tələb etməməklə İrana qarşı sanksiyaları pozmaqda ittiham olunub.

25 avqust 2010-cu ildə İran-Amerikan Vəkillər Kollegiyası, "Amerika Birləşmiş Ştatları Bankiyə" qarşı işində İkinci Dairə Apellyasiya Məhkəməsinə "amicus curiae" ("məhməkə dostu") hesabatını təqdim edəcəyini açıqlayıb."IABA to File Amicus Brief in Appeal Before Second Circuit" . Həmçinin, İrandan malların idxalı ilə bağlı OFAC-dan əlavə rəhbərlik tələb etmək üçün vəkillər tutub.

2014-cü ildə OFAC Fransanın "BNP Paribas" bankı ilə rekord həddə 963 milyon dollarlıq razılaşma əldə edib ki, bu da bütövlükdə işlə bağlı tətbiq edilən 8,9 milyard dollarlıq cərimənin bir hissəsi olub."Treasury Reaches Largest Ever Sanctions-Related Settlement with BNP Paribas SA for $963 Million" . U. S. Department of the Treasury, June 30, 2014 OFAC direktorunun vəzifəsinə təyinatı üçün Senatın razıılığı tələb olunmur.Rubenfeld, Samuel, "U. S. Treasury Appoints OFAC Director Without Fanfare" , Wall Street Journal, March 17, 2017. First public mention: March 14, 2017. Retrieved 2017-03-17.

Xüsusi Müəyyənolunan Şəxslər ABŞ vətəndaşlarının və daimi sakinlərinin iş görməsinin qadağan olunduğu şəxs, təşkilat və gəmilər sadalanan Xüsusi Müəyyənolunan Şəxslərin (SDN) siyahısı OFAC tərəfindən dərc edir. Bu siyahı Vətənpərvərik Qanununun 314(a) maddəsinə uyğun olaraq tutulan siyahıdan fərqlənir.Erich Ferrari, "IP Services Under The ITSR: A Broad Exception?" , Sanction Law, Ferrari & Associates, 12 February 2018

2009-cu ilin avqust ayında "KindHearts Xazinədarlığa qarşı" işdə federal məhkəmənin qərarı ilə müəyyən edilib ki, Xəzinədarlıq tərəfindən KindHearts aktivlərinin ona xəbərdarlıq etmədən və ya apellyasiya alətləri tətbiq olunmadan ələ keçirilməsi Konstitusiyanın Dördüncü və Beşinci Düzəlişlərini pozmuş olub.

23 sentyabr 2011-ci ildə Doqquzuncu Dairə Apellyasiya Məhkəməsi aşağı məhkəmənin 2004-cü ildə Oreqonda yerləşən "Əl-Haramain İslam Fondu"nun bağlanması üçün Xəzinədarlığın tətbiq etdiyi prosedurların konstitusiyaya zidd olduğu barədə qərarını qüvvədə saxlayıb. Məhkəmə bildirib ki, Beşinci Düzəlişdə qeyd edilmiş düzgün prosedur təminatı Xəzinədarlığın bir qrupu terrorçu siyahısına salmasının səbəbləri barədə adekvat bildiriş təqdim olunmasını və bunun cavablandırılması üçün ağlabatan fürsət verməsini tələb edir. Bundan əlavə, məhkəmə qrupun aktivlərinin dondurulmasının Dördüncü Düzəlişə əsasən müsadirəyə bərabər olduğunu, buna görə də məhkəmə qərarının tələb olunduğunu bildirib.

7 oktyabr 2015-ci il tarixinə olan məlumata görə, SDN siyahısında 155 ölkə üzrə 15.200-dən çox qeyd olub. Bunlardan 178-i təyyarə, 575-i isə dəniz nəqliyyat vasitıələri ("gəmilər") üçün olub. Qalan 14.467 qeyd xüsusi müəyyənolunan hüquqi və fiziki şəxslərə aid olub. OFAC, təyin olunmuş şəxsin hər bir ləqəbi üçün SDN siyahısında ayrıca qeydlər yaradır, buna görə də qeydlərin sayı təyin olunmuş şəxslərin sayını əks etdirmir.

21 sentyabr 2021-ci ildə kriptovalyuta birjası ilk dəfə olaraq ransomware (soyğunçu proqram) hücumlarından qaynaqlanan qanunsuz vəsaitlərin yuyulmasına kömək etdiyinə görə sanksiya siyahısına daxil edilib.

2018–2021-ci illər arasında yuyulan məbləğ 160 milyon dollardan artıq olub.

İqtisadi sahələr üzrə sanksiya tətbiqi OFAC, RF iqtisadiyyatının sektorlarında (xüsusilə enerji, maliyyə və silahlanma) olan şəxslərin, şirkətlərin və qurumların siyahısını təqdim edən və harada olmasından asılı olmayaraq, ABŞ vətəndaşları tərəfindən bu şəxslər və ya qurumlarla hər hansı fəaliyyətin həyata keçirilməsini qadağan edən Sektor Sanksiyaları Müəyyənləşdirmələrinin (SSI) siyahısını dərc edir. Bu siyahı, 79 FR 16167-yə uyğun olaraq, 20 mart 2014-cü ildə Ukraynadakı vəziyyətə töhfə verən əlavə şəxslərin əmlakının dondurulması haqqında EO 13662 saylı qərarın verilməsindən sonra saxlanılır

13 avqust 2014-cü ildə Xəzinədarlıq Departamenti sektoral sanksiyalar altında olan qurumlar üçün təlimat dərc edib. Bu, sektor sanksiyaları altında olan qurumun 50% və ya daha çox mülkiyyətinə fərdi və ya ümumilikdə birbaşa və ya dolayı yolla sahib olan sektor sanksiyaları altında olan qurumların törəmə müəssisələrini əlavə etməklə sektor sanksiyaları identifikasiya siyahısındakı qurumların sayını artırıb. Bundan əlavə, ABŞ vətəndaşları üçüncü tərəf vasitəçisindən istifadə edə bilməzlər və "bir və ya daha çox bloklanmış şəxsin əhəmiyyətli mülkiyyət payının 50%-dən az olduğu və ya bir və ya daha çox bloklanmış şəxsin əksəriyyət mülkiyyət payından başqa vasitələrlə nəzarət edə biləcəyi bloklanmamış qurumla əməliyyatlar" zamanı ehtiyatlı olmalıdırlar

22 dekabr 2015-ci ildə Xəzinədarlıq Departamenti bütün qurumları və onların törəmə şirkətlərini insan tərəfindən oxuna bilən axtarışdan istifadə edərək sektoral sanksiyaların identifikasiya siyahısına açıq şəkildə daxil edib.

20 fevral 2026-cı il tarixinə olan məlumata görə, OFAC-ın sanksiyalarla əlaqəli 17.000-dən çox şəxsi var.

Sanksiya proqramları 20 fevral 2026-cı il tarixinə olan məlumata görə, OFAC bu ölkələr və proqramlar üzrə sanksiya proqramlarını sadalayıb: Ölkə/programEO(s)Sonuncu yeniləmələrƏfqanıstanExecutive Order 13224—Blocking Property and Prohibiting Transactions With Persons Who Commit, Threaten To Commit, or Support Terrorism Notice of September 24, 2001— Continuation of Emergency With Respect to UNITA02/25/2022BalkanlarBlocking Property and Suspending Entry into the United States of Certain Persons Contributing to the Destabilizing Situation in the Western Balkans (June 08, 2021)Termination of Emergencies With Respect to Yugoslavia and Modification of Executive Order 13219 of June 26, 200111/20/2025Belarus12/15/2025Burma11/12/2025Mərkəzi Afrika12/08/2023Çin SQ06/01/2022Narkotik maliyyəçisi02/19/2026Terrorism maliyyəçisi/