Niftəveyh (; ) — Kufə dilçilik məktəbinin nümayəndəsi olan dilçi, ədəbiyyatşünas və qiraət sahəsi üzrə alim. Zahirilik fiqhi məktəbinin təmsilçisi.
Bioqrafiyası Onun tam adı Əbu Abdillah İbrahim ibn Məhəmməd ibn Ərəfə ibn Süleyman əl-Ətaki əl-Əzdi əl-Vasitidir. Ləqəbi "Niftəveyh"dir.
Niftəveyh 858-ci ildə Vasit şəhərində anadan oldu. O, əl-Mühəlləb ibn Əbu Sufrənin nəslindəndir.
Niftəveyh sonralar Bağdad şəhərinə köçdü və burda təhsil aldı. Sələb, Məhəmməd ibn Cəhm, İshaq ibn Vəhb əl-Əllaf, Abbas ibn Məhəmməd əd-Düri, Mübərrəd və başqalarına tələbəlik etdi.
Təhsilini tamamladıqdan sonra Niftəveyh, Ənbariyyun məscidində müəllimlik etdi və çoxlu tələbələr yetişdirdi. İbn Xalaveyh, Mütənnəbi, Əbül-Fərəc əl-İsfahani və başqaları onun yetirmələrindən bəziləridir. Həmçinin mənbələrdə onun Ənbəriyyundakı müəllimlik fəaliyyətinin 50 il olduğu qeyd edilir.
Davud əz-Zahirin dostu olan və onun zahirilik məzhəbini mənimsəyən Niftəveyh, Bağdad şəhərində vəfat etmişdir (935).
O, "əl-Məqsur vəl-məmdud", "Məsələtü Sübhan" və başqa əsərlərin müəllifidir.
İstinadlar Kateqoriya:Hədis alimləri Kateqoriya:IX əsr ərəbləri Kateqoriya:X əsr ərəbləri