Sərhət İbrahim qızı Rəşidova (rusca: Сарха́т Ибраги́мовна Раши́дова,1875, Zidyan kəndi, Dağıstan, Rusiya İmpersiyası – 15 yanvar 2007, Dağıstan Atəşləri, Rusiya Federasiyası) - milliyyətcə azərbaycanlı olan, Rusiyada yaşamış, yaşı beynəlxalq qurumlar tərəfindən təsdiq edilməyən uzunömürlü.
Pasport məlumatlarına və RF arxivlərinə əsasən 1875-ci ildə doğulduğu və vəfatı zamanı 131–132 yaşında olduğu qəbul edilərək, bəzi mətbuat orqanları tərəfindən dövrünün ən yaşlı insanı kimi təqdim edilib. Lakin onun yaşı beynəlxalq ixtisaslaşmış təşkilatlar (məsələn, Gerontologiya Tədqiqatları Qrupu) tərəfindən rəsmi prosedurlar əsasınsa təsdiqlənmədiyi üçün "təsdiqlənməmiş uzunömürlü" statusunda qeyd olunub.
Həyatı Sərhət Rəşidova 1875-ci ildə II Aleksandrın hakimiyyəti dövründə, Qaytaq-Tabasaran dairəsinin Dağıstan vilayətinin Köhnə Zidyan kəndində doğulub.
O, milliyyətcə azərbaycanlıdır, ömr boyu yalnız Azərbaycan dilində danışıb.
Valideynləri onun doğulmasından qısa müddət sonra vəfat etdiyi üçün yetim böyüyüb və erkən yaşlarında özündən çox böyük, beş uşaqlı dul bir kişiyə ərə verilib; öz bətnindən övladı olmasa da, ərinin övladlarını öz balaları kimi böyüdüb.
Sərhət Rəşidova ömrünün böyük hissəsini doğma Zidyan kəndində, gilli-saman divarlı ənənəvi evdə, təsərrüfatla məşğul olaraq keçirib.
O, iki dünya müharibəsinin, 1917-ci il Rusiya inqilabının, SSRİ-nin dağılmasının və Rusiya Federasiyasının yaranmasının şahidi olub.
Rəşidova S, İkinci Dünya müharibəsi illərində, artıq təqaüd yaşında olmasına baxmayaraq, digər dağıstanlılarla birlikdə Maxaçqala və Dərbəndin yaxınlığında tank əleyhinə xəndəklərin qazılmasında iştirak edib.
1957-ci ildə əri vəfat etdikdən sonra dul qalıb və uşaqları daha əlverişli yerlərə köçsə də, özü kəndini tərk etməyib.
O, mal-qaraya özü baxıb, son anlarına qədər müstəqil hərəkət edib, aydın düşüncəyə malik olub, nəvə, nəticə və kötücələri ilə ünsiyyətdə olub.
Səhrət xanım ömrü boyu spirtli içki içməyib, sağlamlıq problemlərindən şikayətlənməyib; qidalanmasının əsasını yumurta, pendir və süd təşkil edib, arabir toyuq əti yeyib.
Son illərində qışları Dərbənd və Xəzər dənizinə yaxın olan Dağıstan Odları şəhərində yaşayan yeganə sağ qalan oğlunun yanına köçüb. Belə ki, qışda Zidyan kəndinə gedən yol demək olar ki, bağlı qalırmış.
Səhrət Rəşidova, 2007-ci ldə hər il Dağıstan Odları şəhərindəki oğlunun evində yuxuda ikən 131 yaşında vəfat edib.
Uzunömürlülük iddiası 2000-ci illərin əvvəllərində Rusiyada köhnə sovet pasportlarının dəyişdirilməsi kampaniyası zamanı Sərhət Rəşidovanın ailəsi onu yerli pasport idarəsinə gətirib. Məmurlar əvvəlcə onun sənədlərində — 1875-ci il doğum tarixində səhv olduğunu düşünüblər. Lakin araşdırmadan sonra məlumatın düzgün olduğu qənaətinə gəliblər. Bundan sonra o, Rusiya və xarici mətbuatın diqqətini cəlb edib. Sem Matusalens , Time, 12 de agosto de 1974
Bəzi mənbələr onu vəfatı anında dünyanın ən yaşlı yaşayan insanı hesab edib; belə ki, o vaxt rəsmi təsdiqlənmiş ən yaşlı insanlar — Puertorikodan olan Emiliano Merkado del Toro və Kanada vətəndaşı Culi Uinnifred Bertran (hər ikisi 115 yaşında) — onun vəfatından bir neçə gün sonra dünyasını dəyişiblər. Bununla belə, onun doğum tarixini təsdiqləyən orijinal sənəd (məsələn, mülki qeydiyyat kitabı və ya molla qeydi) saxlanılmadığından, yalnız sovet dövrü pasportundakı məlumata əsaslanan bu iddia Beynəlxalq Gerontologiya Təşkilatları tərəfindən rəsmi şəkildə təsdiqlənməyib. Bu səbəbdən o, Təşkilat tərəfindən tarixin ən yaşlı təsdiqlənmiş insanları sırasında qeyd olub.
İstinadlar
Kateqoriya:Rusiya azərbaycanlıları