Meklenburq-Şverinli Şarlotta Frederika (; ; ) — ilk Böyük Meklenburq-Şverin hersoqu I Fridrix Fransiskin qızı, Danimarka vəliəhdi.
4 dekabr 1784-cü ildə Ludviqslustda dünyaya gəldi. Atası Böyük Meklenburq-Şverin hersoqu I Fridrix Fransisk, anası isə Saksen-Qota-Altenburq hersoqu II Fridrixin nəvəsi Şahzadə Luizadır. Atasının 1785-ci ildə taxta çıxmasından sonra hersoqun qızı olaraq mükəmməl saray təlim-tərbiyəsi aldı. Bu onun gələcəkdə güclü siyasi evlilik qurması üçün mühüm faktor idi.
1804-cü ildə Şverinə səyahət edən Danimarka kralı V Fridrixin nəvəsi Kristian Fridrixlə tanış oldu. Üstəlik gənc vəliəhd Şarlottanın bibisi oğlu idi. Bir-birinə aşiq olan cütlük 21 iyun 1806-cı ildə Ludviqslust sarayında evləndi. 1808-ci ildən etibarən Kopenhagendə yaşayan cütlüyün bu nigahdan bir oğlu dünyaya gəldi.
VII Fridrix (1808-1863)
Ancaq cütlük xoşbəxt deyildi. İsveçrəli saray müğənnisi Eduard du Puy ilə eşq yaşaması barədə şayələrin çıxması onun saraydan uzaqlaşdırılmasına səbəb oldu. 1810-cu ildə boşandılar və oğlunu bir daha görməmək şərtiylə sürgün edildi. Öncə Danimarkada, 1830-cu ildən etibarən isə Romada məskunlaşdı. Burada katolik məzhəbinə keçdi. 1840-cı ildə Romada vəfat etdi.
Mənbə
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Meklenburq-Şverin sülaləsi Kateqoriya:Almanlar