Əllamə Təbatəbai Universiteti () İranda dövlət ali təhsil müəssisəsi, humanitar və sosial elmlər sahəsində ən böyük təhsil və tədqiqat mərkəzi.

Tehran şəhərində yerləşir. İranın ən yaxşı on universiteti arasındadır.

Tarixi Əllamə Təbatəbai Universitetinin kökləri XX əsrin ortalarına gedib çıxır və birbaşa 1957- ci ildə yaradılmış Neft Sənayesi Mühasibatlığı və Maliyyə İnstitutu ( ), ilə bağlıdır.

İranda İslam İnqilabından sonra 27 müstəqil ali təhsil müəssisəsinin birləşməsindən iki universitet kompleksi yaradılıb:

Ədəbiyyat-Humanitar Universiteti; İqtisadiyyat və İdarəetmə Universiteti.

Bunlar 1984-cü ildə Mədəni İnqilabın Ali Şurasının Qərarı ilə birləşdirilərək, ilahiyyatçı və filosof Ayətullah Seyid Məhəmməd Hüseyn Təbatəbainin şərəfinə adlandırılan Əllamə Təbatəbainin adını daşıyan vahid Universitet yaradılıb.

Əllamə Təbatəbai Universitetinin Fars ədəbiyyatı və Xarici Dillər Fakültəsi Türk Dili və Ədəbiyyatı bölümünün açılışı 2002-cil ildə Türkiyənin sabiq prezidenti Əhməd Necdət Sezər tərəfindən həyata keçirilib.

2013-cü ildə Universitetin potensialını artırmaq məqsıdi ilə, Statistika, Riyaziyyat və Kommunikasiya elmləri fakultələri əlavə edilib.

2016-cı ildə Universitetin heyəti 17.000-dən çox tələbəyə dərs deyən 500-dən çox müəllimdən ibarət olub.

Təhsil fəaliyyətləri 2016-cı ilin iyun ayında Universitetdə 10 fakültə, bir kollec və bir institut fəaliyyət göstərib:

İlahiyyat və İslam Elmləri Fakültəsi; İran Filologiyası və Xarici Dillər Fakültəsi; Hüquq və Siyasi Elmlər Fakültəsi; Bədən Tərbiyəsi Fakültəsi; Psixologiya və Pedaqoji Elmlər Fakültəsi; Sosial Elmlər Fakültəsi; Kommunikasiya Elmləri Fakültəsi; Riyaziyyat və Kompüter Elmləri Fakültəsi; İdarəetmə və Mühasibatlıq Fakültəsi; İqtisadiyyat Fakültəsi; İƏT-in Sığorta Kolleci; Müəllim Heyətinin Təkmilləşdirmə və Yenidən Hazırlama İnstitutu; 2023-cü ildə kütləvi etirazlarda iştirakına görə Universitetin 30 tələbəsinə giriş qadağası tətbiq edilib.

Beynəlxalq fəaliyyətlər Universitet tələbə mübadiləsi və birgə elmi və təhsil layihələrinin və proqramlarının həyata keçirilməsi sahəsində beynəlxalq əməkdaşlığı fəal şəkildə inkişaf etdirir. Bu gün Universitet 17 ölkənin müxtəlif universitetləri, o cümlədən Rusiya Dövlət Humanitar Universiteti, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu və Moskva Dövlət Mədəniyyət İnstitutu ilə əməkdaşlıq edir.

İstinadlar

Kateqoriya:İran universitetləri