Çağatay qəbiristanlığı () — Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən qəbiristanlıq. Tarixi Çağatay qəbiristanlığı 1927-ci ildə Daşkənddə Fərabi prospektində yaradılıb. Yaradılanda sahəsi 5 hektar idi. Hazırda sahəsi 9,7 hektarı əhatə edir. O, Avropa qəbiristanlıqlarına xas elementləri olan yeni tipli müsəlman, özbək qəbiristanlığıdır. Burada heykəltəraşlıq məzar daşlarının və s. üstünlük təşkil edir.

Çağatay qəbiristanlığında əsasən tanınmış şəxslərin məzarları üstünlük təşkil edir. Burada Özbəkistanın tanınmış dövlət xadimləri və özbək ziyalılarının görkəmli nümayəndələri dəfn olunub. Onlar arasında Şərəf Rəşidov, Osman Yusupov, Musa Aybək, Qafur Qulam, Abdulla Qəhhar, Samiq Abduqahhar, Turab Tula, Uyğun, İzzət Sultan, Qafir Rəhimoviç Rəhimov, Muxtar Nəsrullayeviç Sultanov, Şirin Muradov, Ural Tansıkbayev, Zinnət Fətxullin, Batır Zakirov, İbrahim Muminov, Zeynəb Sadriyevar, İmincan Qədiroviç Qədirov var.

Bu qəbiristanlıqda həmçinin qeyri-müsəlman dininə mənsub olan tanınmış özbək incəsənət və elm xadimləri də dəfn olunub. Məsələn: SSRİ Xalq artisti Tamara xanım, Özbəkistan SSR Xalq yazıçısı M.İ.Şeverdin, TAPAİÇ-in (Daşkənd Aviasiya İstehsalat Birliyi) Baş direktoru Viktor Nikolayeviç Sivets və Özbəkistanın ictimai xadimi Yusup Şimunoviç Kandinov.

İstinadlar

Xarici keçidlər Жукова Л. И. Этнические кладбища в Узбекистане.

Kateqoriya:1927-ci ildə yarananlar Kateqoriya:Sünni qəbiristanlıqları Kateqoriya:Daşkənd