Hizbüt-Təhrir () və ya tam adı ilə Hizbüt-Təhriril-İslami (; ) — 1953-cü ildə Qüdsdə siyasi partiya olaraq yaradılan islamçı hərəkat (təşkilat). Təşkilatın fəaliyyəti bir çox ölkələrdə qadağandır.

Yaranması Hizbüt-Təhririn banisi Təqiyyəddin ən-Nəbhənidir. Təşkilat Şərqi Qüdsdə başlayan fəaliyyətini daha sonra Livan, Suriya, İraq, Misir, Tunis və Türkiyəyə, illər ərzində isə onlarla ölkəyə yaymışdır.

İdeologiyası Hizbüt-Təhririn özünəməxsus ideoloji-siyasi xətti və təşkilatlanma strukturu olduğu bildirilir.

London Universitetinin Birkbek Kollecinin müəllimi və politoloq Numan Hənif bildirir ki, Hizbüt-Təhririn digər islamçı hərəkatlardan fərqlənir. Onun sözlərinə görə, təşkilatın geniş və öz daxilində ardıcıl ideoloji sistemi, həmçinin gələcəkdə qurulmasını nəzərdə tutduğu dövlət modelinə dair ətraflı təsəvvürləri mövcuddur. Numan Hənif digər islamçı hərəkatların bir qisminin mövcud siyasi sistemi dəyişdirməyi hədəflədiyini, lakin qurmaq istədikləri dövlətin strukturu barədə eyni dərəcədə detallı modelə malik olmadığını bildirmişdir.

İngiltərədəki Anglia Ruskin Universitetinin müəllimi və "Hizb-ut-Tahrir and the Caliphate" kitabının müəllifi Elisa Orofino isə təşkilatın əsas xüsusiyyətləri arasında xilafətin yenidən qurulması məqsədini, Qərb ideologiyalarına və qeyri-müsəlmanlara qarşı ayrışma mövqeyini, həmçinin ideoloji dəyişiklikləri və təhsili əsas mübarizə vasitələrindən biri kimi önə çıxarmasını qeyd etmişdir.

Qadağan olduğu ölkələr Təşkilatın fəaliyyətini qadağan edən ölkələr sırasında Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Pakistan, Banqladeş, Rusiya, Çin və Özbəkistan vardır və bu ölkələrin bir çoxunda təşkilat üzvləri həbsdə saxlanır.

Azərbaycanda Hizbüt-Təhrir Azərbaycanda rəsmən qadağan edilmiş təşkilatdır.

Həmçinin bax Müsəlman Qardaşlar

İstinadlar Kateqoriya:Cihadçılıq Kateqoriya:Əfqanıstan siyasi partiyaları Kateqoriya:İslam və antisemitizm Kateqoriya:İslamçı qruplar Kateqoriya:Rusiya tərəfindən terror təşkilatı olaraq tanınmış təşkilatlar Kateqoriya:Türkiyə tərəfindən terror təşkilatı olaraq tanınmış təşkilatlar