Ruslan Əmircanov () — azərbaycanlı futbolçu.
Həyatı Rulan Əmircanov 1 fevral 1985-ci ildə Mingəçevir şəhərində anadan olub. O, 9 yaşından doğulduğu şəhərdə futbolla məşğul olmağa başlayıb, 11 yaşından isə Bakı şəhər Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) heyətində çıxış edib. Onun ilk məşqçiləri İslam Kərimov və Elbrus İsmayılov olmuşdur. Peşəkar futbol karyerasına 2002-ci ildə Bakının "Ümid Bakı" komandasında başlayıb. O, həmçinin Azərbaycan Premyer Liqasında çıxış edən "Ədliyyə Bakı", "Standard Sumqayıt" və "Karvan" klublarında da oynayıb.
2009-cu ildən Azərbaycan futbolunun flaqmanı olan "Neftçi" klubunun şərəfini qoruyub.
14 iyul 2012-ci ildə Əmircanov Azərbaycan Premyer Liqasının digər bir komandasına — "İnter Bakı"ya transfer olunub.
Nailiyyətləri Azərbaycan çempionu: 2011/12 ("Neftçi"nin heyətində) İkiqat Azərbaycan çempionatının gümüş mükafatçısı: 2005/06 ("Karvan"ın heyətində), 2013/14 ("İnter"in heyətində) Üçqat Azərbaycan çempionatının bürünc mükafatçısı: 2004/05 ("Karvan"ın heyətində), 2012/13 ("İnter Bakı"nın heyətində), 2014/15 ("Qəbələ"nin heyətində) Azərbaycan Kubokunun qalibi: 2020/21 ("Keşlə"nin heyətində)
Azərbaycan milli komandası 2008-ci ildə Azərbaycanın əsas milli komandasında debüt edib. Həmçinin Azərbaycanın gənclərdən ibarət (U-21) və yeniyetmələrdən ibarət U-15, U-17, U-19 milli komandalarının heyətində çıxış edib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Mingəçevir şəxsləri Kateqoriya:Standard Sumqayıt FK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Ədliyyə Bakı FK futbolçuları Kateqoriya:Karvan-Yevlax FK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Səbail FK futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları