İmran Qarayev Səlim oğlu (d. , Bakı, Azərbaycan) — Azərbaycanlı güllə atıcısı.
Həyatı İmran Qarayev 2005-ci ildə Bakı şəhərində anadan olub. 3 uşaqlı ailənin ortancılıdır. left|thumb|213x213px|İmran Qarayev yarış zamanı
Təhsili və karyerası İmran Qarayev uşaq yaşlarından silahlara maraq göstərmişdir. Yeniyetməlik dövründə belə bir idman sahəsinin mövcudluğunu öyrəndikdən sonra bu fəaliyyətə yönəlmişdir. 2016-cı ildə peşəkar idmançı karyerası başlamışdır. İlk vaxtdan Neftçi İdman Klubunda çıxış edir. 2024-cü ildən Respublika Stend Atıcılığı İdman Məktəbini (RSAİM) də təmsil edir.
Orta məktəbin 11-ci sinfini bitirdikdən sonra Azərbaycan Respublikası Daxili Qoşunlarının idman komandasında hərbi xidmətdə olmuşdur.
2017-ci ildən atıcılıq üzrə Azərbaycanın milli komandasında çıxış edir. Bir çox ölkədaxili turnirlərlə yanaşı beynəlxalq yarışlarda da iştirak edərək Azərbaycanı təmsil edir. 2024-cü ildə Perunun Lima şəhərində keçirilən ISSF U21 Dünya Çempionatında FPMJ növü üzrə qızıl medal qazanaraq güllə atıcılığı idmanında Azərbaycanın ilk dünya çempionu olmuşdur.
Dünya çempionluğundan sonra 2025-ci ildə Azərbaycan İdman Akademiyasına dövlət sifarişi əsasında qəbul olmuş, hazırda orada təhsil almaqdadır.
Hazırda idman ustalığına namizəddir. Azərbaycanda atıcılıq idmanının RFPM növü üzrə 556 reytinq balı ilə 2-ci, APM növü üzrə 562 reytinq balı ilə 8-ci yerdədir.
İştirak etdiyi yarışlar və nailiyyətləri İmran Qarayev müxtəlif turnirlərdə APM, APMIX, APMJ, APTEAMM, APTMJ, FPM, FPMJ, RFPM, RFPMJ, SPMJ növləri üzrə çıxış edir:
ISSF Dünya Çempionatı İlTurnirMəkanNövYarışMövqeXalİstinad2022ISSF World Championship Rifle / Pistol QahirəFPMJGənc kişi atıcılar (21 yaşınadək) arasında 50 metr məsafəyə sərbəst tapançadan atəşaçma12506APTMJGənc kişi atıcılardan (21 yaşınadək) ibarət komandalar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma12830APMJGənc kişi atıcılar (21 yaşınadək) arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma515492023World Championship All Events BakıRFPMKişilər arasında 25 metr məsafəyə sürətli tapançadan atəşaçma15 (75)512
ISSF U21 Dünya Çempionatı 2023 və 2024-cü illərdə atıcılıq üzrə Azərbaycan Milli Komandasının tərkibində ISSF Gənclər arasında Dünya Çempionatında iştirak etmişdir. 2024-cü ildə Perunun paytaxtı Lima şəhərində keçirilən Gənclər arasında Dünya Çempionatında 21 yaşadək kişi atıcılar arasında 50 metr məsafəyə sərbəst tapançadan atəşaçma (FPMJ) növü üzrə 552 xalla dünya çempionu olub. İlTurnirMəkanNövYarışMövqeXalİstinad2023ISSF Junior World Championship All EventsÇhanvonFPMJGənc kişi atıcılar (21 yaşınadək) arasında 50 metr məsafəyə sərbəst tapançadan atəşaçma18525RFPMJGənc kişi atıcılar (21 yaşınadək) arasında 25 metr məsafəyə sürətli tapançadan atəşaçma40509APMJGənc kişi atıcılar (21 yaşınadək) arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma8 (47)5602024ISSF Junior World Championship Rifle / Pistol / Shotgun LimaFPMJGənc kişi atıcılar (21 yaşınadək) arasında 50 metr məsafəyə sərbəst tapançadan atəşaçma1552RFPMJGənc kişi atıcılar (21 yaşınadək) arasında 25 metr məsafəyə sürətli tapançadan atəşaçma23551SPMJGənc kişi atıcılar (21 yaşınadək) arasında 25 metr məsafəyə standart tapançadan atəşaçma24561APMJGənc kişi atıcılar (21 yaşınadək) arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma665482026ISSF Junior World Championship SuhlAPMJGənc kişi atıcılar (21 yaşınadək) arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma79560
ISSF Dünya Kuboku İlTurnirMəkanNövYarışMövqeXalİstinad2024ISSF World Cup 10m Juniors WC 10m Rifle / Pistol QranadaAPMJGənc kişi atıcılar (21 yaşınadək) arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma13562ISSF World Cup Rifle / Pistol / Shotgun BakıRFPMKişilər arasında 25 metr məsafəyə sürətli tapançadan atəşaçma51554RFPMKişilər arasında 25 metr məsafəyə sürətli tapançadan atəşaçma55531
Avropa Çempionatı İlTurnirMəkanNövYarışMövqeXalİstinad2023European Championship 10m TallinAPTMJGənc kişi atıcılardan (21 yaşınadək) ibarət komandalar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma6843APMJGənc kişi atıcılar (21 yaşınadək) arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma415552024European Championships 10m Rifle / Pistol DyörAPMJGənc kişi atıcılar (21 yaşınadək) arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma35612025European Championship Junior 10m OsiyekAPMJGənc kişi atıcılar (21 yaşınadək) arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma395632026European Championship 300m OsiyekFPMJGənc kişi atıcılar (21 yaşınadək) arasında 50 metr məsafəyə sərbəst tapançadan atəşaçma16507RFPMJGənc kişi atıcılar (21 yaşınadək) arasında 25 metr məsafəyə sürətli tapançadan atəşaçma23557SPMJGənc kişi atıcılar (21 yaşınadək) arasında 25 metr məsafəyə standart tapançadan atəşaçma29561European Championship Junior 10m BurqasAPMJGənc kişi atıcılar (21 yaşınadək) arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma73552
Digər beynəlxalq turnirlər İlTurnirMəkanNövYarışMövqeXalİstinad2024Beynəlxalq turnir SmederevoAPTEAMMKişilərdən ibarət milli komandalar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma11705APMKişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma3568Walther Youth Cup SmederevoAPMKişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma9562H&N Cup MünxenAPPnevmatik tapançadan 10 m məsafəyə atəşaçma19567
Azərbaycan Çempionatı İmran Qarayev 2018–2026-cı illərdə keçirilən Azərbaycan Birinciliyi və Ölkə Çempionatlarında AP, APM, APMIX, APMT, FPM, RFPM növləri üzrə çıxış edib. 2018-ci ildə APM, 2022-ci ildə APMIX, 2026-cı ildə AMPT idman növləri üzrə ölkə çempionu, 2019-cu ildə APM, 2023-cü ildə FPM, 2025-ci ildə, 2026-cı ildə RFPM növü üzrə isə ikinci olub.
Azərbaycan Kuboku 2018, 2024, 2025-ci illərdə Azərbaycan Kubokunda APM növü üzrə iştirak etmiş, 2018-ci ildə 540 xalla qızıl medalın, 2024-cü ildə isə 558 xalla gümüş medalın sahibi olub.
Federasiya Kuboku 2022, 2024, 2025, 2026-cı illərdə keçirilən Federasiya Kuboklarında AP, APM, APMIX, APMT, FP, FPM, RFPM növləri üzrə iştirak edib. 2026-cı ildə Heydər Əliyevin xatirəsinə həsr olunmuş Federasiya Kubokunda AP idman növü üzrə 565 xalla, RFPM növü üzrə isə 558 xal toplayaraq birinci olub. Həmin turnirdə FP növündə 540 xalla, 2022-ci ildə isə APM növü üzrə 565 xalla bürünc medal qazanıb.
Bakı Çempionatı 2018, 2019, 2022-ci illərdə Bakı Birinciliyində, 2025, 2026-cı illərdə Bakı çempionatında iştirak etmiş, APM idman növü üzrə 2018-ci ildə qızıl, 2019, 2022-ci ildə isə bürünc medal qazanıb.
Bakı Kuboku 2022-ci ildə Bakı Kubokunda iştirak etmiş, FPM növündə 531 xalla gümüş medalçı olmuşdur.
Digər ölkədaxili turnirlər 2022-ci ildə Zəfər Kubokunda APM növündə 566 xal toplayaraq bürünc, 2023-cü ildə isə Ziya Bünyadovun xatirəsinə həsr olunmuş turnirdə həmin növdə 562 xalla qızıl medal qazanıb.
Medalları TurnirQızılGümüşBürüncCəmiISSF U21 Dünya Çempionatı1--1Avropa Çempionatı--11Digər beynəlxalq turnirlər1-12Azərbaycan Çempionatı33-6Azərbaycan Kuboku11-2Federasiya Kuboku2-24Bakı Çempionatı1-23Bakı Kuboku-1-1Digər ölkədaxili turnirlər1-12Cəmi105722
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan idmançıları Kateqoriya:Atıcılıq üzrə dünya çempionatları Kateqoriya:Atıcılıq üzrə medalçılar Kateqoriya:Azərbaycan atıcıları