Prussiyalı Vilhelm Sigismund (; ) — Alman imperatoru III Fridrixin nəvəsi.
Həyatı thumb|186x186px|Ailəsiylə birlikdə, 1920-ci il (Soldan sağa: anası Şahzadə İrina, özü, atası Şahzadə Henri və qardaşı Valdemar Viktor) 1896-cı ildə Kil, Şlezviq-Holşteyndə dünyaya gəldi. Atası Alman imperatoru III Fridrixin oğlu Şahzadə Henri, anası isə Böyük Hesse hersoqu IV Lüdovikin qızı Şahzadə İrinadır. Adını atasının uşaq yaşda vəfat edən qardaşı Sigismunddan almışdır. 30 yanvar 1897-ci ildə vəftiz edildi və xaç atalarından biri də II Vilhelm oldu.
İlk təhsilini Kil gimnaziyasında aldı. Birinci Dünya müharibəsinin başlamasının ardından könüllü olaraq cəbhəyə getmək istəsə də, yaşı tamam olmadığı üçün gedə bilmədi. 1914-cü ilin sonlarında donanmada hərbi təlimlərə başladı. 1915-ci lin mayında Flandriyadakı topçu alayına qatıldı.
Müharibənin ardından digər ailə üzvləri kimi bütün rəsmi monarxial ünvanlarını itirdi. 11 iyul 1919-cu ildə Saksen-Altenburq hersoqu II Ernestin qızı Şarlotta ilə evləndi. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.
Barbara İrina Adelhayd Viktoriya Yelizaveta Batildis (2 avqust 1920 - 31 may 1994), 1954-cü ildə Meklenburqlu Kristian Luizlə evləndi. Cütlüyün 2 qızı doğuldu. Donata (1956) Tira (1989) Aliks (1992) Niklos-Aleksis (1994) Edvina (1960) Lüdviq (1996) Pavel (1997) Ferdinand (1999) Alfred Fridrix Ernest Henri Konrad (17 avqust 1924 - 3 iyun 2013), 1984-cü ildə Maritsa Farkasla (1929-1996) evləndi. Övladı olmadı. 1927-ci ildə ailəsiylə birlikdə Kosta-Rikaya köçdü. 1978-ci ildə orada vəfat etdi.
Mənbə
Ədəbiyyat
Alexander Solodkoff: Christian Ludwig Herzog zu Mecklenburg: Mecklenburg-Schwerin, Club Wien 2003, Alison Weir: Britain's Royal Family: A Complete Genealogy, The Bodley Head, London 1999, S: 292 Marlene A. Eilers: Queen Victoria's Descendants, Genealogical Publishing Co., Baltimore 1987, S. 161, 162, 169 Peter Hoffmann: Stauffenbergs Freund – Die tragische Geschichte des Widerstandskämpfers Joachim Kuhn, Verlag C.H.Beck München 2007, Peter Hoffmann: Oberst i.G. Henning von Tresckow und die Staatsstreichspläne im Jahr 1943, in: Vierteljahrshefte für Zeitgeschichte, Vol 55, 2, April 2007, S. 331–364 Christian Ludwig von Mecklenburg: Erzählungen aus meinem Leben, Schwerin, 3. Auflage31998,
İstinadlar Kateqoriya:Almanlar Kateqoriya:Prussiya şahzadələri