Şahzadə Avqust Frederik (; ) — Britaniya və İrlandiya kralı III Georqun oğlu, Susseks hersoqu.

1773-cü ildə Bukingem sarayında dünyaya gəldi. Atası Britaniya və İrlandiya kralı III Georq, anası isə Meklenburq-Strelitzli Şarlottadır. 25 fevralda Sent-Ceyms sarayında vəftiz edildi. Ənənəvi saray təlim-tərbiyəsi aldı. Ardından 1786-cı ildə qardaşları Şahzadə Ernest və Adolfla birlikdə Göttingen Universitetinə təhsilə yollandı. Astmadan əziyyət çəkirdi və bu səbəblə, qardaşlarıyla birgə Hannoverdə hərbi xidmət etmədi.

4 aprel 1793-cü ildə Romada italyan zadəganı Avqusta Mariya ilə gizlicə evləndi. Cütlüyün ikinci nigahı isə 5 dekabrda Vestminster abbatlığında baş tutdu. Hər iki nigahı da atasının icazəsi və xəbəri olmadan baş tutmuşdu. Bu səbəblə, 1794-cü ildə parlament bu nigahı ləğv etdi. Buna baxmayaraq birgə yaşamağa davam edən cütlüyün bu nigahdan 2 övladı olsa da, onlar rəsmi olaraq tanınmadı.

24 noyabr 1801-ci ildə Susseks hersoqu ünvanı aldı.

2 may 1831-ci ildə dul Sesilya Baginlə evləndi. Ancaq daha öncə evli olması səbəbilə heç vaxt Susseks hersoginyası ünvanını almadı.

1843-cü ildə qızıl yel xəstəliyi səbəbilə Kensinqton sarayında vəfat etdi.

Mənbə

Ədəbiyyat

The Unruly Queen: The Life of Queen Caroline. A&C Black. 11 March 2012. ISBN 978-1-4088-3254-7 Peakman, Julie (2005). Emma Hamilton (Life & Times). Haus Publishers Ltd. p. 156. ISBN 978-1904341987 Liza Picard (2006). Victorian London. Orion. pp. 362–364. ISBN 0-7538-2090-0

İstinadlar Kateqoriya:Birləşmiş Krallıq şahzadələri