Şahzadə Mariya (; ) — Britaniya kralı II Georqun qızı, Hesse-Kassel landqrafinyası.

1723-cü ildə Londonda dünyaya gəldi. Atası Böyük Britaniya və İrlandiya kralı I Georqun oğlu və Uels şahzadəsi Georq Avqust, anası isə Ansbaxlı Karolinadır. Doğulduğu əsnada babası hələ də taxtda idi. Hələ 4 yaşında ikən onun ölümüylə, atası II Georq adıyla taxta çıxdı. Anasının 1737-ci ildə vəfatından sonra böyük bacısı Şahzadə Karolinanın nəzarətində təlim-tərbiyə almağa başladı.

Yetkinliyə çatmasının ardından kimlə evlənəcəyi müzakirə edildi. İlk namizədi Hesse-Kassel landqrafı VIII Vilyamın yeganə oğlu və varisi Şahzadə Frederik oldu. Cütlüyün 8 may 1740-cı ildə Sent-Ceyms sarayında bağlanan formal nikahının ardından, 28 iyunda Kasseldə toy mərasimi baş tutdu. Cütlüyün bu nikahdan 4 övladı doğulsa da, bunlardan ilki yetkinlik yaşına çatmadı.

Vilyam (1741–1742) I Vilyam (1743–1821) Çarlz (1744–1836) Frederik (1747–1837)

Evliliyi xoşbəxt deyildi. Belə ki, ərinin ona kobud davranşları hər kəs tərəfindən bilinirdi. 1746-cı ildə ərini tərk edərək uzun müddət Britaniyada yaşadı. Ərinin katolik məzhəbini qəbul etməsiylə, cütlük 1754-cü ildə boşandılar. Boşanmanın ardından Britaniyaya getməkdən imtina etdi və Hanauda ona ayrılan malikanədə övladlarıyla yaşamağa davam etdi. 1751-ci ildə vəfat edən bacısı Danimarka və Norveç kraliçası Luizanın övladlarına baxmaq məqsədilə, 1756-cı ildə övladlarını da yanına alaraq Danimarkaya köçdü. Burada Kopenhagen Kral sarayında məskunlaşdılar. Ərinin 1760-cı ildə taxt-taca sahiblənməsiylə, ərindən boşanmış olmasına baxmayaraq landqrafinya ünvanı daşıdı.

1772-ci ildə Hanauda vəfat etdi.

Mənbə

Ədəbiyyat Weir, Alison (2008). Britain's Royal Families, The Complete Genealogy. London: Vintage Books. p. 284. ISBN 978-0-09-953973-5

İstinadlar

Kateqoriya:XVIII əsr Birləşmiş Krallıq şəxsləri